Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB: İLQAR SAFAT ‘SAHƏ’ FİLMİN NÜMAYİŞİ

21 İyl 15

YARAT Müasir İncəsənət Mərkəzi “Sahə” filminin nümayişini təqdim edir. Filmin ssenari müəllifi və rejissoru İlqar Səfətdir. Filmin nümayişi YARAT Kino Klubunun fəaliyyəti çərçivəsində təşkil olunur. Kino Klubun qarşısında duran məqsəd – müasir incəsənəti nümunələri olan video və kino filmlərinin nümayişi və müzakirəsi üçün qeyri-formal görüş yeri təmin etməkdir.

“Sahə” hekayəsi maraqlı janrlar kəsişməsini – fövqəltəbiilik ilə misteriyanı – özündə birləşdirir və bu da öz növbəsində diqqəti müasir münasibətlərdə olan təzyiq və dilemmalara yönəldir. Hadisələr Bakıda cərəyan edir və Bakı özlüyündə beynəlxalq auditoriya üçün böyük maraq kəsb edir.Belə ki, bu, xaricə səyahət edə biləcək hekayəni nəql etmə gücünə malik olan bir mədəniyyətdir və bu mədəniyyətə çox az kinematoqrafik baxış var. 

Bu,  keçmişi indiki zamanda məskunlaşmasına mane olan bir insanın klassik hekayəsidir. Hadisələr tezliklə SAHƏ daxilində dramatik gərginlik və baş qəhrəmanın şəxsi travmasını üzə çıxaran keçmişin yavaş-yavaş aşkarlandığı bir zamanda, gözlənilməz dəyişikliyə hazırlıq yaradaraq,  hər şeyin təklif olunduğu və heç nəyin aşkarlanmadığı sirli məkanda cərəyan edir. Bu keçmiş Azərbaycanda erkən fotoqrafiya sənətinə bir baxış yaradır və bu da hekayəyə cəlbedicilik qatır.” (Kler Douns)


İlqar Safat. Kino-rejissor, şair, rok-bard. Bakı şəhərində 1972-ci ildə anadan olmuşdur. 1995-ci ildə «rus dili və ədəbiyyatı» ixtisası üzrə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1995-ci ildən 2000-ci ilə qədər Bakı ş. müxtəlif qəzet və ədəbi jurnallarda dərc olunurdu. Öz mahnıları ilə Bakının və Moskvanın müxtəlif meydançalarında çıxış edirdi.

Yüzə yaxın mahnının müəllifi. 2002-ci ildə Moskva ş. SRAK (Senaristlər və Rejissorlar Ali Kursunu) bitirmişdir: V.İ.Xotinenkonun emalatxanası. 2002-ci ildə Qafqaz Layihəsi çərçivəsində Avropanın müxtəlif şəhərlərində Azərbaycanı bir neçə illər ərzində təmsil etmiş «Dağın nəvəsi» filmini çəkmişdir.


Film Azərbaycan dilində nümayiş etdiriləcək, ingilis dilində altyazıları olacaq


+ 16


21 iyul 2015

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Çoxtəyinatlı zal)

Bayıl, Səbayıl rayonu, 

Giriş sərbəstdir


 

Yüklənir