Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU TİNATİN GÜRÇİANİ (GÜRCÜSTAN) ‘HƏR ŞEYİ QEYB EDƏN MAŞIN’ FİLMİNİN NÜMAYİŞİ

23 İyn 15

YARAT Müasir İncəsənət Mərkəzi Film Klubu “Hər şeyi qeyb edən maşın” filminin nümayişinə dəvət edir. Filmin ssenari müəllifi və rejissoru Tinatin Gurcianidir. Filmin nümayişi YARAT Film Klubunun fəaliyyəti çərçivəsində təşkil olunur. Film Klubun məqsədi – müasir incəsənətə aid video və kino filmlərinin nümayişi və müzakirəsi üçün qeyri-formal görüş yeri olmaqdır.


“Hər şeyi qeyb edən maşın” (97 dəq.) 2012-ci ilin sənədli filmidir. Ssenarisinin yazılışı və filmin quruluşu böyük məharətlə Tinatin Gurciani tərəfindən həyata keçirilmişdir. Bu ekran əsəri ilə Gurciani doğma diyarı Gürcüstanda boya-başa çatması haqqında bir film yaratmaq, ümumi sosial və etnik cizgiləri tapmaq istəmişdir. 

Filmin qəhrəmanı bir qadın-rejissordur. O, aktyor seçimi keçirəcəyi barədə elan yayır – 15-23 yaşlı gəncləri kastinqa dəvət edir. Yolunu şəhər və kəndlərdən salaraq, o, elana maraq göstərmiş namizədlərlə görüşür, onlarla müsahibə keçirir, gündəlik həyatlarını lentə alır. Elanı oxuyub kastinqa gələn qızlar və oğlanlar bir birindən kəskin surətdə fərqlənir, elə onların dinləməyə gəlməklərinin şəxsi səbəbləri kimi. Bəziləri kino ulduzu olmaq istəyirlər və filmə çəkilmək təklifini bu arzuya yol açan bir vasitə kimi görürlər; bəziləri isə öz şəxsi hekayətini paylaşmaq istəyirlər. Bir qız onu atıb getmiş anasını bu əməlinə peşman etmək istəyir; bir oğlan öz əlil ailə üzvlərinə necə qulluq etdiyindən danışır; başqa birisi qazamatda yatan məhbus qardaşına bəraət qazandırıb, ləkələnmiş adını təmiz etməyə çalışır. Birlikdə isə onların nitqləri bir-birinin ardı olaraq, müharibə və eşq, zənginlik və yoxsulluq kimi təsvirlərin qarışıq kaleydoskopunu təşkil edir, müasir cəmiyyətin son dərəcə mürəkkəb, indiyə kimi Sovet keçmişinin izlərini büruzə verən mənzərəsini yaradır. 

Film Beynəlxalq Sandens Kinofestivalının “Ən yaxşı rejissor işi” mükafatını, Hot Docs Festivalının rejissor mükafatını, Braziliyada It’s All True festivalının “Ən yaxşı sənədli film” mükafatını, Sofiya Beynəlxalq Kinofestivalının “Ən yaxşı sənədli film” mükafatını və s. təltif və mükafatlar qazanmışdır.


Tinatin Gurciani Tbilisidə (Gürcüstan) anadan olub, Tbilisi Dövlət Universitetində rəngkarlıq və fəlsəfə üzrə  təhsil alıb, sonra təhsilini Almaniya və Avstriyada psixologiya üzrə davam etdirib və 2010-cu ildə fərqlənmə diplomu ilə təhsilini bitirib. Babelsberqdə (Almaniya) Konrad Volf (HFF) adına Kino Universitetində rejissorluq üzrə təhsil alıb və 2010-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. İlk bədii filmi olan “Hər şeyi qeyb edən maşın” ona Beynəlxalq Sandens Kinofestivalının “Ən yaxşı rejissor işi” mükafatını gətirdi. 


Film gürcü dilində nümayiş etdiriləcək, ingilis dilində altyazıları olacaq.


23 iyun 2015

Saat 19:00

YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı meydanı yaxınlığında)

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir