Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU RUSUDAN ÇKONİYANIN ‘GÜLÜMSƏMƏK LAZIMDIR’ FİLMİNİN NÜMAYİŞİNİ TƏQDİM EDİR

16 İyn 15

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi “Gülümsəmək lazımdır” (“Keep Smiling”) filminin nümayişinə dəvət edir. Filmin ssenari müəllifi və rejissoru Rusudan Çkoniadır. Filmin nümayişi YARAT Kino Klubunun fəaliyyəti çərçivəsində təşkil olunur. Kino Klubun qarşısında duran məqsəd isə – müasir incəsənəti nümunələri olan video və kino filmlərinin nümayişi və müzakirəsi üçün qeyri-formal görüş yeri təmin etməkdir.


“Gülümsəmək lazımdır” (110 dəq.) 2012-ci ilin “qara komediya” dramıdır, Rusudan Çkonia tərəfindən yazılıb və ekranlaşdırılıb, birgə istehsal məhsuludur: Gürcüstan və Fransa kinematoqrafçılarının əməkdaşlığı nəticəsində hazırlanmışdı. 10 qadın (bunların 7-si ən yoxsul əhali təbəqəsinə məxsus) arasında şiddətli mübarizə gedir – onlar 3-dən çox uşağı olan analar arasında keçirilən gözəllik müsabiqəsinin qalibi olmaq uğrunda yarışırlar. Müsabiqənin qalibinə mənzil və 25 000 dollar məbləğində pul mükafatı verilməlidir. 

Yarışçıların bircə ümumi hissi – müsabiqənin gözlənilməz və iyrənc dönüşlərindən qorxularıdır. Ümidləri tədricən puça çıxır, xəyali qızılın parıltısı get-gedə solur və onun yerinə belə bir anlayış gəlir: bu müsabiqə qadınları istismar etmək üçün qurulan oyunbazlıqdan başqa bir şey deyil, tədbirin direktoru isə gəlir gətirən reytinqi artırmaq naminə hər şeyə əl atmağa hazırdır. Süjetin müsabiqə xəttinə müharibənin və yoxsulluğun acı hekayətləri də qatılmışdır: tamaşaçıya müsabiqə iştirakçılarının başına gəlmiş həqiqi faciələr açıqlanır. Bundan əlavə, paparatsi həmlələri də, seksual səhnələr də filmdə yer alıblar. Münaqişə kəskinləşdikcə, səhnə arxasındakı rəqabət də şiddətlənir, Otar isə sözündən çıxanları təhqir edərək alçaldır.

Bu film Oskar mükafatının “Xarici dildə ən yaxşı film” nominasiyasında Gürcüstanı təmsil etmək və 85-ci Akademiya Müsabiqəsinə təqdim olunmaq üçün seçilmişdi. Ssenarisi 2010-cu ilin tammetrajlı bədii film debütləri arasında keçirilən GNFC yarışmasının qalibi olmuşdu. 2012-ci ilin ən uğurlu Gürcüstan filmidir, Fransa kinoteatrlarında da müvəffəqiyyətlə nümayiş etdirilmişdi. 


Rusudan Chkonia 1978-ci ildə Tbilisidə (Gürcüstan) anadan olub. 2001-ci ildə Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetini bitirərək rejissor diplomunu alıb. İki qısametrajlı və iki sənədli filmin müəllifi və rejissoru olub. Həmin filmlər bir sıra beynəlxalq kinofestivallarda nümayiş etdirilib. “Adsız uşaqlar” (Children Without A Name) adlı diplom filmi bir neçə beynəlxalq mükafatla təltif olunub. “Gülümsəmək lazımdır” adlı layihəsi ilə FOCAL (Kino və audiovizual media sahəsində peşəkar təlim fondu) tərəfindən həyata keçirilən və SDC-in (İsveçrə İnkişaf Agentliyi) maliyyə dəstəyini alan AVANTI adlı təlim proqramında iştirak edib qrant qazanmışdı. Bu layihə BERLINALE-nin Müştərək Məhsul Bazarının “İstedadların aşkarlanma meydançası”nda da mükafat qazanmışdı. “Gülümsəmək lazımdır” – çoxuşaqlı analar arasında keçirilən gözəllik müsabiqəsində yarışan on qadının əhvalatıdır. Bu qaydasız döyüşdə qələbə uğrunda hər şeyə əl atılır...


Film gürcü dilində nümayiş etdiriləcək, ingiliscə altyazıları olacaq.


16 iyun, 2015

Saat 19.00

YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı yaxınlığında)

Giriş sərbəstdir


 

Yüklənir