Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU SAODAT İSMAİLOVANIN ÇİLLƏ FİLMİNİN NÜMAYİŞİNİ TƏQDİM EDİR

17 Sen 15

YARAT Müasir İncəsənət Mərkəzi 17 sentyabr 2015-ci il tarixində sizləri Saodat İsmailovanın ssenarisi və rejissorluq etdiyi 'Çillə' filminin nümayişinə dəvət edir.

Filmin nümayişi YARAT Film Klubunun çərçivəsində təşkil ediləcək və sual-cavab sessiyası ilə davam edəcək.


'ÇİLLƏ' ('40 DAY OF SILENCE')

2014 / 1 saat 28 dəq. (88 dəq.) / Rəngli film


Bibiça adlı gənc qız günahlarının bağışlanması üçün 40 gün sükut saxlayacağına and içir. O, özbəklər üçün ənənəvi olan bu əhdi özbək kəndində, nənəsinin evində müxtəlif nəsillərdən olan üç başqa qadınla birlikdə bağlayır.

Tünd rənglərdə çəkilmiş, tənha və sərt tərtibata malik olan filmdə ilk saniyələrdən başlayaraq səssizlik hökm sürür; film ərzində bir neçə söz səslənir. Hadisələr sükut içində cərəyan edir və bəlkə də bununla auditoriyanı səhnələr haqqında düşünməyə vadar edir. Yalnız qadın qəhrəmanlardan ibarət olan bu film patriarxal bir cəmiyyətdə qadınların rolundan, onların daşıdıqları günah və məsuliyyət yükündən bəhs edir.


Müəllifin sözləri

"Bir rejissor olaraq mənim işimin məqsədi əcdadlarımdan miras qalmış adət- ənənələri, inancları və mədəniyyətimizi qorumaq və onları müasir vizual incəsənət dili ilə ifadə etməkdən ibarətdir.

Mən qadınları əhatə edən günümüzə gəlib çatmış İslamdan əvvəlki inanclara və animizmə xüsusi maraq göstərərək müasir Mərkəzi Asiyanın mahiyyətini tutmağa və onun əsrlərin dəyişikliklərindən keçmiş ruhunu anlamağa çalışıram.

Mən əsaslı tədqiqatlara və film eksperimentlərinə diqqət yetirməklə bədii və sənədli müşahidələrin bir araya gəlməsi ilə maraqlanıram."


Özbəkistanda dünyaya gəlmiş Saodat İsmailova kinorejissorluğu Daşkənd Dövlət İncəsənət İnstitutunda öyrənmiş və daha sonra İtaliyada "Fabrika" tədqiqat mərkəzinin film şöbəsinə qoşulmuşdur. Burada o, "ARAL. Görünməz dənizdə balıq ovu" də daxil olmaqla bəzi layihələrə rəhbərlik etmişdir.

O, özünün ilk bədii filmi "Çillə"ni 2014-cü ildə qələmə almış və çəkmişdir. Film Berlin Beynəlxalq Film Festivalında, Berlinale Forumunda nümayiş etdirilmişdir. Saodat hazırda "Bərzəx" adlı film üzərində işləyir.


17 sentyabr 2015

19:00

YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı meydanına yaxın).

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir