Aprel 2024

FİLM KLUB: HƏMİD RƏHMANİAN – ŞÜŞƏ EV

13 İyn 17

YARAT Film Klubu sizi İran rejissoru Həmid Rahmanianın Şüşə ev adlı filminin nümayişinə dəvət edirik. 


Şüşə Ev / 2009 / İran / 92 dəq. / Sənədli film / rəngli


Şüşə ev filmi incidilmiş, yoxsulluğa düçar olmuş və evdən qaçmış 4 qızın həyat hekayələrindən bəhs edir. Həmin qızlar Marcane Halati tərəfindən təsis edilmiş özəl sığınacaqda məskunlaşıblar. Hadisələr Tehran küçələrində və Omid-e-Mehr reabilitasiya mərkəzində cərəyan edir. Həmin bu mərkəz getməyə yeri olmayan 15-25 yaşlı qızlara sığınacaq verir.


Filmin nümayişi Equals assosiasiyasının dəstəyi ilə təşkil olunur.


Filmin nümayişi yerli gender ekspertlərinin aparacağı müzakirə ilə davam edəcək.


Film ingilis alt yazıları ilə fars dilində nümayiş olunacaq.


Tarix: 13 iyun, 2017

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.


FACEBOOK EVENT

Yüklənir