Aprel 2024

FİLM KLUB: PETRA VOLPE İLAHİ DÜZƏN

25 Okt 18

YARAT Müasir İncəsənət Məkanı İsveçrənin Azərbaycandakı Səfirliyi ilə birgə Sizi məmnuniyyətlə YARAT Film Klub çərçivəsində keçirilən  “İlahi düzən” filminin təqdimatına dəvət edir.


İlahi düzən / 2016 / İsveçrə / 96 dəq. / Drama / Rəngli


“İlahi düzən” 2017-ci ildə istehsal olunmuş komediya-dram filmidir və həmin ildə Tribeka Film Festivalında ən yaxşı bədii film kimi “Tamaşaçı rəğbəti” mükafatını qazanmışdır.


Ola bilsin ki, bir əsrlik birbaşa demokratiya irsinə rəğmən İsveçrənin qadınlara səsvermə hüququ verən dünyada sonuncu ölkələrdən olduğunu heç də hər kəs bilmir. Yalnız 1971-ci ildə isveçrəli kişilər qadınlara ümumxalq seçkilərində iştirak etməyə, səs vermək və federal səviyyədə parlamentə seçilmək hüququ əldə etməyə “icazə” vermişdir.


Filmin rejissoru Petra Volpe İsveçrə demokratiyasının uzun zamandan bəri saxlanılan bu “sirri”ni özünəməxsus yumor və əyləncə ilə böyük ekrana köçürüb. Filmin süjeti 1970-ci ildə İsveçrədə cərəyan edir. Ekran əsəri evdar qadın Noranın yaşadığı kiçik qəsəbədə dəyişikliklər edən xanıma çevrilməsindən bəhs edir. Maneələrə baxmayaraq Nora status-kvonu, o dövrün köhnəlmiş baxışları ilə birlikdə aradan qaldıraraq qəhrəmana çevrilir.


Səfir Filip Ştalder və İsveçrə Səfirliyinin nümayəndələri filmin nümayişindən sonra təklif olunacaq içkilərlə filmi qonaqlarla müzakirə edəcəklər. Hər birinizi gözəl film axşamına qatılmağa dəvət edirik!


Film İsveçrə almancasında ingilis subtitrlərlə nümayiş olunacaq.


Tarix: 25 oktyabr, 2018

Saat: 19.30

Məkan: YARAT Mərkəzi, Çoxtəyinatlı zal

Giriş sərbəstdir

Yüklənir