Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: TEYMUR HACIYEV DUZ, İSTİOT ZÖVQƏ GÖRƏ

19 Fev 19

YARAT Müasir İncəsənət Məkanı Film Klub layihəsi çərçivəsində keçirilən Azərbaycan rejissoru Teymur Hacıyevin “ Duz, istiot zövqə görə” filminin təqdimatına dəvət edir.


Duz, istiot zövqə görə / 2018 / Azərbaycan / 21 dəq. / bədii / HD


Film dul qadın və onun iki övladı haqqındadır. Qəhrəmanlar bir evdə yaşasalar da, onların ruhu bir-birindən aralı düşüb. Kimsə gərək onların həyatını yaxşılığa doğru dəyişməyə cəhd göstərsin, amma, 3 nəfərdən heç biri, öz ağrısı ilə bölüşməyə hazır deyil...


Teymur Hacıyev (d.1982, Bakı) Bakı Dövlət Universitetində İqtisadi Kibernetika üzrə bakalavr və West Texas A&M Universitetində MBA dərəcəsinə yiyələnib. Kino sahəsinə gəlməmişdən öncə Azərbaycanda Marketinq Direktoru vəzifəsində bir neçə şirkətdə çalışıb.

O, 2013-cü ildə “FIL PRODUCTION” şirkətini təsis edib. Şirkət dördü beynəlxalq mükafatla təltif edilməklə bir çox qısa filmlər istehsal edib. 2014-cü ilin avqustunda “Locarno Summer Academy” təlim proqramına qəbul olmuşdur. Teymur 2013-cü ilin sentyabrında özünün ilk “Yara” adlı qisa filmini tamamlamış və onun premyerası ABŞ-da “Palm Springs ShortFest” qısametrajlı film festivalında baş tutmuşdur. 2015-ci ilin martında o ikinci “ŞANXAY, BAKI” adlı qısa filmini çəkib, onun nümayişi isə Finlandiyada Tampere Film Festivalında həyata keçirilmişdir.  Rejissorun sayca 3-ü ekran əsəri olan “Duz, istiot zövqə görə” filminin beynəlxalq premyerası bu yaxınlarda keçirilən Rotterdam Beynəlxalq Film Festivalında baş tutub. 


Film Azərbaycan dilində nümayiş olunacaq.


Tarix: 19 fevral, 2019

Saat: 19:00

Məkan: YARAT Mərkəzi

Giriş sərbəstdir

Yüklənir