Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: İKİNCİ GARAGE SCREEN FİLM FESTİVALI

04 İyn - 18 İyn 19

İkinci “Garage Screen” Film Festivalı, “Qaraj” Müasir İncəsənət Muzeyi tərəfindən MDB ölkələrinin əsas mədəniyyət müəssisələri ilə birgə təşkil edilir.


Bu ilki festivalın tərəfdaşları YARAT Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzidir. Nümayişlər həmin məkanlarda keçiriləcək. YARAT Mərkəzində baş verən bütün nümayişlər pulsuz olacaq və yalnız telefon vasitəsilə əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur.


Bu il, müasir incəsənətlə bağlılığı olan müxtəlif strategiyalar və onunla əlaqədar estetik tətbiqlər haqqında yeddi film nümayiş olunacaq.


Proqrama – Moskva konseptualizminin əsas fiqurları olan İlya və Emiliya Kabakovlar haqqında Anton Jelnovun çəkdiyi “Yazıq adamlar. Kabakovlar” sənədli filmi; tamaşaçını Nyu-Yorkun 1970-1980-ci illərin incəsənət mühitinə qərq edən Sara Drayverin “Baskiya: Reallığın partlayışı” filmi; Hizer Lentsin ən məşhur müasir rəssamın “qalaktikası” haqqında “Kusama: Sonsuz dünyalar” hekayəsi; Eddi Martinin strit-art ulduzu Entoni Listerin həyatından çəkdiyi “Listerləri tanıyırsınız?” filmi daxildir. Rəssamlar haqqında filmlərlə yanaşı proqram çərçivəsində 2018-ci ilin ən parlaq debütləri, məşhur feminist komiksi əsasında çəkilmiş “Tropik virusu”, yeniyetmələr haqqında “Başlanğıc” və “Madlen Madlen” ekran əsərləri nümayiş olunacaq.


PROQRAM:

YARAT MƏRKƏZİ

Sərbəst giriş

4 iyun (Çərşənbə axşamı)

19:30 “Baskiya: Reallığın partlayışı”


ARTIM Layihə Məkanı

11 iyun 
(Çərşənbə axşamı)

19:30 “Tropik virusu”

18 iyun (Çərşənbə axşamı)

19:30 “Kusama: Sonsuz dünyalar”


NİZAMİ KİNO MƏRKƏZİ

Giriş bilet ilə

6 iyun (Cümə axşamı)

19:30 “Başlanğıc”

13 iyun (Cümə axşamı)

19:30 “Yazıq adamlar. Kabakovlar”

20 iyun (Cümə axşamı)

19:30 “Madlen Madlen”

25 iyun (Çərşənbə axşamı)

19:30 “Listerləri tanıyırsınız?”

Yüklənir