Aprel 2024

#YARATONLINE: ƏLİ-SƏTTAR QULİYEVİN ƏLVİDA, ŞMIDT FİLMİ

23 Apr - 03 May 20

YARAT Müasir İncəsənət Məkanı #YARATONLINE layihəsi çərçivəsində “Əlvida, Şmidt” filminin nümayişinə dəvət edir. Quruluşçu rejissor: Əli-Səttar Quliyev. Ssenari müəllifi: Rüstəm Babazadə


Əlvida, Şmidt / 2019 / Azərbaycan / 70 dəq. / Rəngli


Bu hekayə hər birimizin həyatından bir parçadır. Filmin qəhrəmanı – Emil Şmidt, düşüncələrində və istəklərində özünü çaşdıran sadə oğlandı. Həyatın ona bəxş etdiyi gözəllikləri görməyəcək qədər saf, başqa maraqlara can atacaq qədər çılğındır. Azərbaycanda doğulub böyüyən bir etnik almanın heyrətamiz hekayəsi bizi kədərləndirəcək, güldürəcək, narahat edəcək, yaşayacaqlarını yaşatdıracaq.


Tarix: 23 aprel – 3 may, 2020

Filmin dili: Azərbaycan


Filmi onlayn izləmək üçün: https://youtu.be/3lUBSENQeWI

Yüklənir