Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

FİLM KLUB: HOMO URBANUS SƏNƏDLİ FİLMLƏRİN NÜMAYİŞİ

04 Avq 22

YARAT Müasir İncəsənət Məkanı sizi “Homo Urbanus” silsilə sənədli filmlərin nümayişinə dəvət edir.


Vizual antropologiya və müşahidə filmi “Homo Urbanus” –  ictimai məkan anlayışını amansızca kiçildən və onu minimum vəziyyətinə gətirib çıxardan, təcrid və sosial uzaqlaşmanın məhdudiyyətlərini təsvir edir. Bu filmlər şəhər insanını sanki “mikroskop” altına qoyur  və kollektiv davranışa, şəxsiyyətlərarası dinamikaya, sosial gərginliyə, hər gün şəhər küçələrinin möhtəşəm səhnəsində oynayan iqtisadi və siyasi qüvvələrə daha yaxından baxmağa təşviq edir.


Silsilə sənədli filminin aşağıdakı seriyaları nümayiş olunacaqdır:

  • “Rabatius” Rabat, Mərakeş
  • “Shanghaianus” Şanxay, Çin

Rejissorlar: İla Beka və Luiz Lemuan

Filmin müddəti: 111 dəq.

Dil: Orijinal, İngilis altyazıları ilə


Nümayişin sonunda ACID praktikasının (Madrid)  həmtəsisçisi və Manarch Studionun (Bakı) tərəfdaşı, memar, qrafik dizayner və redaktor Ucal Qorçu ilə kiçik diskussiya keçiriləcək.


Dil: Azərbaycan


Tarix: 4 avqust, 2022

Saat: 20:00

Məkan: ARTIM Layihə Məkanı


Giriş onlayn qeydiyyat ilədir:

cutt.ly/MZgQJQQ

COVID pasportun təqdimi mütləqdir.

Əlavə məlumat üçün: +99450 251 4117

Yüklənir