Aprel 2024

"STALKER" ("TƏQİBÇİ") (1979)

19 Yan 24

Rejissor: Andrey Tarkovski


“Stalker” filmi – azadlıq və məsuliyyət, insanın ruhi aləmi ilə maddi dünyanın qarşıdurması, insan həyatının mənası haqqında fəlsəfi, şairanə düşüncələr.

Rejissor Andrey Tarkovski bu filmi ilə, mənəvi duyğulara xitab etməklə yanaşı, insanı – yaşadığı həyatı cənnət və cəhənnəmə çevirə biləcək varlıq kimi təqdim edir.
Sirli və qadağan Zonada, şayiələrə görə, ən əziz arzuların gerçəkləşdiyi bir otaq var.

Tanınmış Yazıçı və nüfuzlu Professor bu otağa getməyə qərar verirlər – hər biri öz səbəblərinə görə, amma bu barədə danışmamağı üstün tuturlar.
Onları isə oraya Zona üzrə bələdçi olan Stalker aparır – o ya dəli-divanədir, ya da yeni imanın elçisidir.

Tarix: 19 yanvar, 19:00
Dil: Rus dilində, azərbaycan dilində altyazısı ilə
Filmin müddəti: 161 dəq.
Yaş həddi: 12+
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2-ci mərtəbə)
Giriş sərbəstdir.
Əlavə məlumat üçün: +99450 251 41 15

Yüklənir