Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ƏDƏBİYYAT KLUBU: İŞIQ VƏ KÖLGƏNİN SƏRHƏDİNDƏ

15 Mar 17

YARAT Müasir İnəcəsənət Məkanı martın 15-i Ədəbiyyat Klubu çərçivəsində hazırlanmış "İşıq və kölgənin sərhədində" adlı proqramda istedadlı prozaiklər Kamilla Ağayeva və İradə Həsənovanın çıxışları olacaq.


"İşıq və kölgənin sərhədində" proqramı özündə ölüm və həyat, işıq və kölgələr aləmi haqqında düşüncələri birləşdirir.


Kamilla Ağayeva Bakı şəhərində 1981-ci ildə anadan olub. 18 yaşından yazıçılıqla məşğuldur. Elmi fantastika və tarixi roman janrları yaradıcılığının əsasını təşkil edir. 2006-cı ildə “İşıq sərhədi” adlı elmi-fantastik romanı işıq üzü görüb. Kamilla Ağayeva həmçinin şeirlər yazır. Uzun müddət “YOL” elmi-kütləvi jurnalı ilə əməkdaşlıq edib.


İradə Həsənova Bakı şəhərində 1983-cü ildə anadan olub. Öz ilk ədəbiəsərini 13 yaşında yazıb. Bir çox əsərləri “Literaturnıy Azerbaydjan” jurnalında dərc olunub. 2 kitabı da işıq üzü görüb.


Tarix: 15 mart 2017-ci il

Saat 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir