Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

LITERATURE EVENING: THE SEVEN BY LEYLI SALAYEVA AND ELZA FORTADO

13 Apr 17

YARAT Müasir İncəsənət Məkanı Sizi 13 aprel 2017-ci il tarixində keçiriləcək Ədəbiyyat Gecəsində iştirak etməyə dəvət edir.


13 aprel sizi şairə Leyli Salayevanın və ADO teatrının aktrisası Elza Furtadonun birgə hazırladığı “Yeddi” adlı poetik performansı izləməyə dəvət edirik. Quruluşda London Kitab Festivalının Fəxri mükafatına layiq görülmüş «Youtopia» poetik toplusunun 7 əsərindən istifadə olunub. Tamaşadan sonra sizi maraqlı müzakirə gözləyir.. 


Leyli Salayeva əsasən ingilis dilində yazan Azərbaycan şairəsidir. Azərbaycan Yazıçılar Birliyinin və Birləşmiş Krallığın “Şeir dərnəyi”nin üzvüdür. İlk şeir kitabı "Twelve Thirteen" ("On iki on üç") 2014-cü ildə işıq üzü görmüşdür. İki il sonra «Youtopia» adlı kitabı çap olunub və London Kitab Festivalının Fəxri mükafatına layiq görülüb. Həmçinin o, uşaqlar üçün yazdığı "Dilbərin qaşıq səyahəti" nağıllar kitabının müəllifidir. "Dilbərin qaşıq səyahəti" kitabı MDB ölkələrinin XIII “Kitab sənəti” Beynəlxalq Festivalının 2-ci mükafatını qazanıb. Leyli Salayevanın şeirləri Avropa Azərbaycan Cəmiyyətinin (AAC) jurnalı, Culture & Creativity EU-European Partnership Program və Böyük Britaniya Kitabxanasının saytlarında, Avropa və Amerika onlayn nəşrlərində dərc olunub. Şeirlərində inancları ifadə edir və onları emosional təcrübə mübadiləsi üçün istifadə edir. Leylinin yaradıcılığının ilham mənbəyi - musiqi və insanlardır.


Elza Furtado Fransanın cənubunda, Bordo şəhərində anadan olub. O, Moskva və Paris şəhərlərində aktyorluq sənəti və ədəbiyyat tərcüməçiliyi peşələrini öyrənib. Həmçinin Parisdə yerləşən Sorbonna Universitetinin Slavyan dilləri və Mədəniyyəti şöbəsində kitab nəşri işi üzrə təhsil alıb. Fransa və Rusiyada mədəniyyət mübadiləsi sahəsində çalışıb. Bir ara Parisdə fəaliyyət göstərən teatr kollektivlərində aktisa kimi işləyib, həmçinin Rusiya teatr truppaları ilə birgə həyata keçirilmiş bir çox layihələrin müəllifidir. Bakı şəhərində 3 ildən artıq yaşayır. Azərbaycanda Fransa İnstitutu və Fransa səfirliyinin mədəniyyət layihələri və ictimaiyyətlə əlaqələr sahələrində çalışıb. Həmçinin o, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin hər il keçirdiyi “Avropa Şəhərciyi” festival tədbirlərinin təşkilatçısı olub. 2015-ci ildən ADO Teatrının üzvüdür.


Tarix: 13 aprel, 2017

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir