Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ƏDƏBİYYAT AXŞAMI: AZƏRBAYCAN FANTASTİKA JANRI

14 Dek 16

YARAT Müasir İncəsənət Məkanı sizi 14 dekabr 2016 tarixində Azərbaycanın yazıçı-fantastlarına həsr edilmiş ədəbi gecəyə dəvət edir.

Tədbir ərzində bu yaxınlarda işıq üzü görən Azərbaycan müəlliflərinin fantastika almanaxı müzakirə ediləcək, Azərbaycanda fantastika janrının keçmişi və gələcəyindən bəhs olunacaq, bu janrda yazıb-yaradan müasir ədiblərin üzləşdiyi problemlərə toxunulacaq.


2016-cı ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilmiş “Mənim hekayəm” layihəsi çərçivəsində, uzun illər ərzində ilk dəfə fantasika janrın həm tanınmış nümayəndələri, həm də yenicə fəaliyyətə başlayan müəlliflərin əsərlərinin daxil olduğu, Azərbaycan fantastikasının ümumi almanaxı işıq üzü görüb. Layihənin başlıca məqsədi, fantastika janrında yazan maraqlı müəllifləri bir araya gətirmək və Azərbaycan oxucusuna bu janrın yeni müəllifləri haqqında məlumat verməkdir.


Gecənin gedişatında ayrı-ayrı müəlliflərin ümumilikdə bu janra təsiri məsələlərinə, habelə fantastikada ədəbi məktəblərin formalaşması, eləcə də sayılıb-seçilən əsərlərin ekranlaşdırılması problemlərinə də toxunulacaq.


Gecənin qonaqları: Aleksandr Hakimov, Rüstəm Hüseynov, Nigar Kazım və Laçın Səmədzadə.


Tarix: 14 dekabr, 2016

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (1-ci mərtəbə)

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir