Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ƏDƏBİYYAT KLUBU: MAİL YAQUB

17 Avq 16

YARAT Müasir İncəsənət Məkanı, müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə növbəti görüş təşkil edir.

Sizi belə müzakirələrin iştirakçısı olmağa və filosof Mail Yaqubun iştirakı ilə 17 avqust 2016-cı il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.


MÜASİR FƏLSƏFƏDƏ İNSAN VƏ ONUN HƏYAT TƏBƏDDÜLATLARI


Müasir fəlsəfə nədir və müasir fəlsəfədə insan əsasdırmı? İnsan təkdirmi? İnsan nədən pessimist olur? Müasir fəlsəfədə insanın daxili çəkişmələri necə təhlil olunur? Müasir Azərbaycan ədəbiyyatında insanın sıxıntıları necə analiz olunur? 

Tədbir zamanı əsasən "Müqavimət" mövzusu haqqında müzakirələr aparılacaq. Müasir Azərbaycan ədiblərinin bu mövzuda yazdığı şeirləri səslənəcək.

Mail Yaqub 1979-cu ildə Azərbaycanın Cəlilabad rayonunda anadan olmuşdur. Xəzər Universitetinin və Tehran Universitetinin məzunudur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. 2011-ci ildə "Nitsşenin "Əxlaq genealogiyası" əsərinin təhlili və tənqidi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2008-ci ildən Xəzər Universitetinin Fəlsəfə departamentində "Müasir Avropa Fəlsəfəsi", "Əxlaq fəlsəfəsi", "Fəlsəfəyə giriş" və "Din fəlsəfəsi" fənlərini tədris edir. "Metafizika düşüncələri" və "Din fəlsəfəsi" adlı iki kitabı nəşr olunub.


Tarix: 17 avqust, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir