Aprel 2024

ƏDƏBİYYAT KLUBU GÜNÜ MÖVZUSU: AZADLIQ

20 Apr 16

Əziz kitabsevərlər və ədəbiyyat pərəstişkarları! 

Aprelin 20-si yenə də aktual mövzuları xoş bir məclisdə müzakirə etmək üçün toplaşmağı planlaşdırırıq. Bu səfər müzakirə üçün bir neçə mahnı mətnləri və 1 poema seçmişik. Bütün əsərlərin bilavasitə AZADLIQ mövzusuna bağlığı var.


Tərtib elədiyimiz proqram bu dəfə fərqli alındı və bu barədə sizin şərhlərinizi gözləyirik:


PROQRAMDA:

1. How I Wish You Were Here (Pink Floyd, David Jon Gilmour)

2. Je veux (Zaz)

3. Take me to the church (Hozier)  

4. Qustav Munk-Petersen, “Hökmdar”


Bundan əlavə, gənc şairlər Leyla Əliyeva, Svetlana Aslanova, Fatma Hüseynzadə, Leyla Axundova, Elnur Cəfərov Azərbaycan və rus dillərində öz şeirlərini auditoriyaya təqdim edəcəklər.


Tarix: 20 aprel, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 1-ci mərtəbə sərgi salonunda

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir