Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT ƏDƏBİYYAT KLUBU: TƏBİƏTİ BİRLİKDƏ QORUYAQ

18 Yan 18

YARAT Measir İncəsənət Məkanı Ədəbiyyat Klubu çərçivəsində yazıçı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Beynəlxalq Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvü Gülşən Tofiqqızının quruluşunda "Təbiəti birlikdə qoruyaq" adlı uşaq tamaşasını təqdim edir.


"Təbiəti birlikdə qoruyaq" tamaşası "Günəş" uşaq inkişaf mərkəzinin şagirdləri tərəfindən səhnələşdirilib. Tamaşa oyun formasındadır və tamaşaçılara "Tullantılarla necə mübarizə aparmaq olar", "Yer kürəmizi necə qoruya bilərik" və s.ə kimi problemlərin həllini tapmağa öyrədir. Tamaşanın əsas fikri isə ondadır ki, problemləri yalnız birgə səylər nəticəsində həll etmək olar.

Tamaşadan sonra yazıçı Gülşən Tofiqqızı ilə diskussiya baş tutacaq, uşaqlar isə həmçinin "Cəsur təyyarə" kitabı əsasında çəkilmiş cizgi filminə baxacaqlar.

Tarix: 18 yanvar, 2018
Saat: 16:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Yüklənir