Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ƏDƏBİYYAT KLUBU: GÜLAĞASİ MİRZƏYEVİN "RAMPANIN İŞIĞINDA HƏYAT" ADLI KİTABININ TƏQDİMATI

05 İyn 18

YARAT Müasir İncəsənət Məkanı sizi Ədəbiyyat Klubu çərçivəsində Azərbaycanın xalq artisti Gülağası Mirzəyevin "Rampanın işığında həyat" adlı kitabının təqdimatına dəvət edir. 


Kitab balet sənətinin yaradıcılıq yollarından bəhs edir. Son 20 il ərzində xəbərlər, məqalələr və təhlillər istisna olmaqla, Azərbaycan baleti və onun aktyorları haqqında heç nə nəşr olunmayıb və bu kitabın unikallığı ondan ibarətdir ki, onu balet aktyoru yazıb.


Təqdimatda tamaşaçıları kiçik bir sürpriz gözləyir, müəllif yaradıcı girişlə tədbiri açıq elan edəcək və sonra kitabın hər bir fəsli barədə ətraflı məlumat verəcəkdir. Sonra Gülağası Mirzəyev axşamın qonaqları ilə viktorina formasında interaktiv söhbət aparacaq və nəticələrə görə qaliblərə yazarın avtoqrafı ilə kitab hədiyyə olunacaq.


Tarix: 5 iyun, 2018

Saat: 19:00

Məkan: YARAT Mərkəzi

Giriş sərbəstdir

Yüklənir