Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ƏDƏBİYYAT KLUBU: QATARIN GƏLMƏSİ XX ƏSR POEZİYASI GECƏSİ

26 İyl 18

YARAT Müasir İncəsənət Məkanı Ədəbiyyat Klubu çərçivəsində “Qatarıngəlməsi” adlıpoeziya gecesinə dəvət edir.


İştirakçılar MDU-nun Bakı filialının tələbələri və məzunları: Atika Əliyeva, Aişə Rəhimova, Aydan Hacıyeva, Eldar Canaşvili, Leyla Qurbanova.


XX əsri rus poeziyası tarixində ən gözəl, eyni zamanda ən çətin dövr kimi adlandırırlar. İnqilablar, müharibələr, mühacirətlər, repressiyalar... Yüzillik sərt polad maşını kimi, relslər boyunca irəliləyərək öz yolunda heç kimə aman vermədi. Dövr dahilər və şedevrlər yaradırdı, amma eyni zamanda dəhşətli, məhvedici gücə sahib idi.


“Qatarın gəlməsi" adlı poeziya gecəsi XX əsrdə yaşayıb-yaradan, amansız zamanın qurbanlarına çevrilən rus şairlərin taleyindən bəhs edəcək.


Tədbir rus dilində keçiriləcək.


Tarix: 26 iyul, 2018

Saat: 19:00

Məkan: YARAT Mərkəzi

Giriş sərbəstdir

Yüklənir