Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ƏDƏBİYYAT KLUBU: HƏR İKİ MƏN KİTABININ TƏQDİMATI

24 Yan 20

YARAT Müasir İncəsənət Məkanı Ədəbiyyat Klubu çərçivəsində Azərbaycan Radio və Televiziya aparıcısı Nurlana Cəfərovanın ilk şeir toplusu olan “Hər İki Mən” adlı kitabın təqdimatı baş tutacaq. Nurlana Cəfərova uşaqlıq yaşlarından şeiriyyat sənəti ilə məşğuldur və bir çox populyar estrada mahnılarının müəllifidir.


2016-cı ilin oktyabr ayından Azərbaycan Televiziya və Radiosu Qapalı Səhmdar Cəmiyyətində çalışmağa başlayan Nurlana Cəfərova ilk olaraq Mədəniyyət Kanalının gündəlik proqramı olan Görüş Yeri verilişini tamaşaçılara təqdim edir. Nurlana həm də İdman Azərbaycan kanalının Mərc Meydanı verilişinin aparıcısı olub.

Hal-hazırda Azərbaycan Televiziyasının Bakı Gecələri verilişinin aparıcısıdır. 2017-ci ilin oktyabr ayından etibarən aparıcı, həm də Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifəsində çalışır.


Tədbir Azərbaycan dilində keçiriləcək


Tarix: 24 yanvar, 2020
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir

Yüklənir