Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ƏDƏBİYYAT KLUBU: QALİB QASIMOV TƏSVİRİ SƏNƏTDƏ ƏNƏNƏ VƏ MÜASİRLİK KİTABIN TƏQDİMATI

08 Apr 22

YARAT Müasir İncəsənət Məkanı sizi Mir Nadir Zeynalovun “Mistik ruhun ömrü” fərdi retrospektiv sərgisi çərçivəsində sənətşünas Qalib Qasımovun “Təsviri sənətdə ənənə və müasirlik” kitabının təqdimatına dəvət edir. Nəşr, çağdaş sənət insanlarını düşündürən əsas məsələlərdən biri olan “ənənə və müasirlik” probleminə və bu kimi digər önəmli mövzulardan bəhs edir.


Çağdaş sənət insanlarını düşündürən əsas məsələlərdən biri də məhz “ənənə və müasirlik” probleminə yanaşmalardır. Bədii ənənənin yenidən qiymətləndirilməsi və şərhi müasirliyin mənbəyidir. Bununla yanaşı, novatorluq bədii dərkin müvəqqəti elementidir və ənənənin inkişafına eləcədə zənginləşməsinə kömək edir, sonralar obyektiv xarakterini nümayiş etdirən (artıq yeni) dəyərlər daşıyıcısına çevrilən, yeni (yaxud yenilənmiş) ənənənin ortaya çıxmasına şərait yaradan amil rolunda çıxış edir.

Hazırkı tədqiqat işi “ənənə” və “müasirlik” anlayışına dair ayrı-ayrı humanitar elm sahələrinin nümayəndələrinin şərhlərinə nəzər salaraq, determinasiya təşkil edən əlamətlər sistemini dürüst ifadə etmək məqsədini daşıyır. Əlinizdəki bu çalışma təsviri sənətdə ənənə və müasirlik kateqoriyaları haqda necə düşünə biləcəyinizə dair bir yol göstərir, daim yenilənməkdə olan müasir incəsənət aləmində nəyin müasirlik, nəyin ənənə olduğuna dair daha dolğun təsəvvür yaratmaq niyyətimizə xidmət edir.   


Qalib Qasımov (1978, Azərbaycan) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsini bakalavr (2000-2004) və magistr səviyyəsində (2004-2006) fərqlənmə diplomları ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertanturasında Sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. Azərbaycan, Türkiyə, Qazaxıstan və Rusiyada çap olunmuş 25 elmi məqalənin müəllifidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib (2011-2015). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsində məsləhətçi, aparıcı məsləhətçi, Təsviri və dekorativ sənət sektorunun müdiri vəzifələrində çalışmışdır (2006-2021).

Hal-hazırda Azərbaycan Dövlət Rəsm Qalereyasının direktorudur (2021), Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsi, Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının üzvüdür. Respublika və beynəlxalq əhəmiyyətli bir çox sərgi, biennale və festivalların ideya müəllifi, layihə rəhbəri, kutaroru və təşkilatçısıdır. Azərbaycan Rəssamlarının Vahid Elektron İnformasiya Bazasının (www.infosourceazgallery.az) yaradılması ideyasının müəllifi və layihə rəhbəri (2017), Azərbaycanda ilk incəsənət əsərlərinin auksionunun  (“Auction Baku”) ideya müəllifi və təşkilatçısıdır (2019).


Tarix: 8 aprel, 2022

Saat: 19:00

Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi


Giriş sərbəstdir.

*COVID pasportun təqdimi mütləqdir.


Əlavə məlumat üçün: +99450 251 41 15

Yüklənir