Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
20 Dek 19
YARAT Müasir İncəsənət Məkanı Ədəbiyyat Klubu çərçivəsində "Soyuq suda bir az Günəş" adlı poetik gecəyə dəvət edir.
Yüngül payız qüssəsi və lirika ayrılmazdır. Şairlərə, rəssamlara, musiqiçilərə yazıb-yaratmağa, insanlara isə yaşamağa kömək edən Bəy, Xanım və duyğu...Bu sevgi, bir payız gecəsində, musiqi və rəqslərin köməyi ilə səhnədə canlanacaq!
Proqrama Y. Yevtuşenko, N. Kotovskaya, Ax Astaxova, O. Russkix, L. Kubişek, A. Aleksinskaya, L. Ldova, K. Qaziyeva, L. Karpinskaya, M. Kutkar, D. Bıkov, A. Dmitriyev, A. Razmoçayeva, Z. Litvinova, D. Belokon və N. Kuçerin şeirləri daxildir.
Tədbirin qəhrəmanları haqqında:
Bəy – Oleq Əmirbəkov (Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, jurnalist və teleaparıcı)
Xanım – Vəfa Məmmədova (Bakı Müəllif Mahnısı Klubunun vitse-prezidenti, Baku Art Group-un direktoru, tematik konsertlərin təşkilatçısı, musiqi və şeir proqramlarının müəllifi, "Görüş yeri - Bakı" beynəlxalq incəsənət festivalının vitse-prezidenti).
Rəqs və instrumental dueti – Lenay Seyid-zadə və Rəşad Əliyev
Tarix: 20 dekabr, 2019
Saat: 19:30
Giriş sərbəstdir