Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

TÜNZALƏ AĞAYEVA VƏ SAMİRƏ ƏFƏNDİYEVANIN İŞTİRAKI İLƏ MUSİQİ AXŞAMI

30 Noy 16

YARAT Müasir İncəsənət Məkanı, YARAT Mərkəzində iki yeni sərgi açıldığı üçün “Musiqi axşamları” silsiləsini bərpa etdiyini məmnunluq hissi ilə elan edir! Noyabrın 30-u sizi müğənnilər Tünzalə Ağayeva və Samirə Əfəndiyevanın iştirakı ilə canlı musiqi axşamına dəvət edirik! Həmin gün istedadlı sənətçilər sizlərə ifaları ilə yanaşı, sərgilərlə bağlı öz təəssüratlarını bölüşəcəklər.


Samirə Əfəndiyeva “Böyük səhnə” Beynəlxalq Vokal layihəsinin və "Səs Azərbaycan” yarışmasının iştirakçısı və finalistidir. Samirənin musiqiyə olan sevgisi hələ uşaqlıq illərindən başlayıb və artıq 3 yaşından Oqtay Zülfüqarovun rəhbərlik etdiyi Uşaq filarmoniyasının solisti idi. K. Səfərəliyev adına musiqi məktəbini bitirdikdən sonra, Azərbaycan Milli Konservatoriya nəzdində Musiqi Kollecinə daxil olur. Həmçinin Samirə Əfəndiyeva «Baku Project» qrupu ilə birgə Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin 3 illiyinə həsr olunmuş konsertdə çıxış edib və 2016-cı ildə Alanyada keçirilən jaz festivalının iştrakçısı olub.

Əməkdar artist Tünzalə Ağayeva Azərbaycan müğənnisi və bəstəkarıdır. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirmişdir. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri almışdır. 2001-ci ildə “Bakı payızı” gənc ifaçılar müsabiqəsinin qalibi olmuşdur. Bir sıra beynəlxalq musiqi festivallarında iştirak etmişdir, o cümlədən: 2002-ci Rusiyada keçirilmiş Türksoy - Türk Gənclərinin Beynəlxalq Musiqi Yaradıcılığı Festivalının qalibi və Çexiyada 2006 və 2007-ci illərdə keçirilən «Barevna Planet» Beynəlxalq Müasir Musiqi Festivalının iştirakçısıdır.


Tarix: 30 noyabr, 2016

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir