Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ALEKSANDR DZÜBA TƏRƏFİNDƏN BUTA DİNAMİK İNSTALYASİYASI

25 Yan 16

YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək bənzərsiz bir layihənin nümayişinə lap az qalır!

32 iştirakçısı olan, quruluşu isə aktyor, rejissor, ssenarist, musiqiçi, peşəkar aktyor hazırlığı üzrə müəllif məktəbinin təsisçisi və ustad-müəllimi Aleksandr Dzüba tərəfindən gerçəkləşdirilmiş “BUTA” dinamik instalyasiyası təqdim ediləcək. 

Layihə, mədəniyyətimizin ən qədim və əsrarəngiz simvollarından birini diqqət mərkəzinə çəkir və bu baxımdan tamamən gözlənilməz bir yanaşma təklif edir. Buta – həyat və od rəmzi olaraq, əsrlər boyu memarlıqda, modada və incəsənətdə öz təcəssümünü tapıb.

Artıq neçə əsrdir ki, bu simvol gah unudulur, gah da yenidən aktuallaşır. Hər dövrdə və hər ölkədə ona yeni məna şamil edilib. Onun mistik gözəlliyi isə qədim atəşpərəstləri də, XIX əsrin ingilis zadəganlarını da, XX əsrin 60-cı illərinə aid qeyri-formal cərəyanları da, XXI əsrin ən möhtəşəm moda salonlarının təmsilçilərini də eyni dərəcədə ilhamlandıra bilib. Butanın unikallığı onun yeni mənalarla dolmağa və sərhədləri aşmağa qadir olmasından ibarətdir. Öz sadəliyinə rəğmən, bu “damla” bütün dünyanı özündə əks etdirmək xüsusiyyətinə malik imiş.  


“BUTA” instalyasiyası – cəmiyyətimizin modelidir, tərkibində insan mövcudluğunu nəzərdə tutan bir sistemin modeli. Üfüqi götürdükdə insan bu sistemdə yerləşir, şaquli götürdükdə isə – yaşayır. Özü də ahəngdar və düşünülmüş tərzdə yaşayır, təkcə yuxarıdan görünən və bircə Tanrıya məlum olan qanunlar əsasında. Üfüqi müstəvidə qalaraq dünyanı qavradıqda, hər şey bulanıq görünür (“dünya” dedikdə – sosiumu və ya icmanı, cəmiyyəti nəzərdə tuturam, L.N.Tolstoyun “Война и Мiр” romanındakı “мiр” sözünün mənasında [tərc. qeydi: burada rus dilinin əlifba və semantika vasitələri ilə “Hərb və sülh” başlığının əslində “Hərb və cəmiyyət” kimi başa düşülməli olduğu barədə məlum istinad səslənir]). Biz vərdiş etdiyimiz bucaq altında baxırıq və çox vaxt xaosdan başqa heç nə görmürük. Ancaq buludların üstündən uçarkən və ya göydələnin damından ətrafı seyr edərkən dərhal təbiətin gözəlliyini və ahəngini dərk edirik. O zaman bəşər oğlunun yaratdıqları bizə daha bir o qədər də mənasız görünmür. İndi biz də çalışacağıq ki, dinamik instalyasiyamız məhz bu cür təəssürat bağışlasın. Tamaşa boyu yuxarıdan görüntü  çəkən kameralar bizim nəzər nöqtəmiz olacaq. Dəqiq təyin olunmuş koordinat sistemində təşkil olunmuş məkan – bax, budur “BUTA”.»  (Aleksandr Dzüba, layihənin müəllifi).


İştirakçılar: Emil Məmmədov, Cəmilə Hacıyeva, Veronika İsayeva, Elza Furtado, İrana Qasımova, Fidan Qadir, Lika Kosova, Seda Hasan, Yana Nikitina, Aysel Nağıyeva, Orxan İsgəndərli, Zarina Xankişiyeva, Nəzrin Yusubova, Anton Zabolotnıy, Elnur Hüseynov, Fəridə Aşralova, Fidan Qasımzadə, Nərgiz Abbasova, Rumiyə Ağayeva, Rasim Ağayev, Natella Kərimova, Lenay Seyid-Əlizadə, Nəzrin Musayeva, Bəhruz Əliyev, Rafiz Mehdizadə, Leyla Mədətxanova, Ceyhun Zabitov, Rena Osman, Fəridə Cəbrailzadə, İradə Balaxanova, Kamal Azər, Ulduz Madatxanova


Aleksandr Dzübanın yaradıcı “sandıqlarında” onlarca teatr və kino rolları, rejissor işləri, kino və kompüter oyunları üçün çoxsaylı səsləndirmə və dublyaj işləri vardır. O, həmçinin, çox sayda səhnələşdirmə və orijinal ssenarilərin müəllifidir.

Uzun illərin təcrübəsi və özünüdərk şövqü unikal bir metodun yaranması ilə nəticələnib ki, bunun sayəsində bütün toplanmış bilikləri sistemə salmaq mümkün olub. Bu gün Aleksandr Dzüba öz biliklərini daim təkmilləşmək və peşə artımına nail olmaq istəyən aktyorlara ötürür. 

2010-cu ildən başlayaraq o, Moskva, Sankt-Peterburq, Rostov, Kiyev, Tallin, Yekaterinburq və digər şəhərlərdə treninqlər təşkil edir. Peşəkar aktyor hazırlığı məktəbi Rusiya və xarici ölkələrin teatr təlimi üzrə ixtisaslaşan təhsil ocaqları ilə sıx əməkdaşlıq edir.

2015-ci ilin noyabrında YARAT Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə birinci 3-günlük Bakı treninqi keçirilmişdir. “BUTA” dinamik instalyasiyasının təməlini qoyan da məhz həmin treninq olub.


Tarix: 25 yanvar, 2015

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı Zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş: Sərbəstdir


FACEBOOK

Yüklənir