Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ "MUZEY GECƏSİ" TƏQDİM EDİR

06 İyn - 07 İyn 15

YARAT İLƏ UNİKAL İMKAN: "MUZEY GECƏSİ".

Mayın 23-də YARAT Müasir İncəsənət Mərkəzi, “Muzey Gecəsi” adlı tədbir təşkil etməklə, Bakının bütün qonaqlarının və sakinlərinin diqqətini cəlb edəcək. “Muzey Gecəsi” – hər il keçirilən qeyri-adi bir aksiyadır və 40 ilə yaxındır ki, intellektual istirahətin populyarlaşması məqsədilə dünyanın 143-dən çox ölkəsində baş tutur. Azərbaycanda bu aksiya artıq ikinci dəfədir ki keçiriləcək. Muzeylər üçün ənənəvi olan kolleksiya və ekspozisiyalarla tanışlıqla yanaşı, qonaqlar həm də, müasir muzeyin təhsil və fəal istirahət üçün hüdudsuz imkanları ilə tanış olacaqlar. “Muzey Gecəsi” səhər saat 11-də başlayıb gecəyəcən davam edəcək. Hər ziyarətçi özü üçün ürəyinə yatan məşğuliyyət tapacaq! Həmin gün Mərkəz Sizin üçün ayrı aləmə çeviriləcək!


“Muzeydə Gecə” proqramında:

  • Açıq səma altında yoqa dərsləri - peşəkar təlimatçı Həmid Elsevər Həmidzadə tərəfindən keçiriləcək.
  • Kulinariya ustad dərsləri – baş aşpaz, “Qurmaniya” mətbəx layihəsinin həmtəsisçisi Fərhad Aşurbəylidən.
  • Rəqs şousunu respublika çempionatının mükafatçıları – xoreoqraf Leyli Mişinanın rəhbərliyi altında gənc hip-hop kollektivi «AlarmDanceCrew» təqdim edəcək. 
  • Tarix və doğma şəhəri sevənlər üçün isə tanınmış tədqiqatçı, Bakının sirləri haqqında ən maraqlı nəqledən Fuad Axundov ilə görüş olacaq.
  • Müasir incəsənətin gənc peşəkarları və sadəcə həvəskarları, rəssam Çingiz Babayev, art-menecer Fərid Abdullayevdən və musiqişünas Cahangir Səlimxanovdan ekspert məsləhətləri ala biləcəklər.

Hələ bu da hamısı deyil! Bütün gecəni tanınmış DJ qaynar musiqilərlə Mərkəzi həyəcana gətirəcək, film nümayişi, art-terapiya seansı və “VeloBaku” idman assosiasiyasından gəlmiş velosipedçilərin şousu olacaq. 

“Muzeydə Gecə”-nin partnyorları: energetik içkilərin istehsalı üzrə dünya liderlərdən biri olan “Red Bull” şirkəti və Azərbaycanda təbii şirələrin iri istehsalçısı olan şirkətdir.


“Muzeydə Gecə” tədbirin proqramı:

11:00 – 12:30 Açıq səma altında yoqa dərsləri - Həmid Elsevər Həmidzadə ilə

12:30 – 14:00 Açıq səma altında yoqa dərsləri - “Sabina Shakhi” Studiyası ilə

12:00 – 13:30 Zumba rəqs dərsi “Harmony” Studiyası ilə

12:00 – 14:00 Kulinariya ustad dərsi - aşpaz Fərhad Aşurbəyli ilə (öncədən qeydiyyat)

15:00 – 16:00 “Bakı sirləri” mühazirəsi - ekspert Fuad Axundovun təqdimatında

16:00 – 19:00 Müasir incəsənətlə bağlı ekspert məsləhətləri: rəssam Çingiz Babayev, art-menecer Fərid Abdullayev və musiqişünas Cahangir Səlimxanov.

17:00 – 18:30 Art terapiya seansı - psixoloq Elizabet Brandolini ilə (öncədən qeydiyyat)

17:30 – 18:30 “Alarm Dance Crew” kollektivin təqdimatında rəqs şousu

18:00 – 21:00 VeloTur şousu

19:30 – 21:00 “Hədiyyə mağazasından çıxış” (“Exit through the gift shop”) filmin nümayişi

22:00 – 02:00 DJ və kokteyl gecəsi


23 Mayda keçiriləcək bütün tədbirlərə giriş tamamilə sərbəstdir, amma ustad dərslərində iştirak etmək üçün gərək qabaqcadan müraciət edib yazılasınız. Bunun üçün +99412 505 14 14 nömrəyə zəng vurmaq, yaxud Facebook-un https://www.facebook.com/Yarat.Art səhifəsinə və ya info@yarat.az ünvanına bildiriş göndərmək olar.


Qaçırmayın! Muzey həyatına qatılın və onun sirlərini öyrənin!


FACEBOOK

Yüklənir