Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

BEHANCE AZƏRBAYBAN PORTFOLIO BAXIŞ GÜNÜ 2015

10 May 15

YARAT Müasir İncəsənət Məkanı ilə yenidən Portfoliolara Baxış Günü təyin etdiyi barədə xəbər verir. Bu tədbir Azərbaycanın püxtələşən istedadlarını müəyyən edib onları geniş beynəlxalq auditoriyaya təqdim etmək məqsədilə keçirilir. 


Tədbir YARAT və BEHANCE təşkilatları arasında qurulmuş əməkdaşlığın nəticəsidir, çünki təşkilatların ikisi də gənc yaradıcı fərdləri birlikdə dəstəkləmək, həvəsləndirmək və yaradıcı potensiallarını tam gerçəkləşdirməyə imkanlar açmaq yolunda israrlıdır.

Behance – özünü təqdim etmək, o cümlədən məsləhət almaq və onlayn portfolio yerləşdirmək sahəsində ixtisaslaşan saytlar və xidmətlərşəbəkəsidir. O, yaradıcı fərdlərə öz əsərləri barədə məlumatı vahid bir platformada toplayıb daim yeniləşdirmək və beynəlxalq miqyasda təqdim etmək imkanı təklif edir. 

Behance dünyanın hər yerində yerləşən könüllülər təşkilatları ilə əməkdaşlıq edərək, ildə iki dəfə Portfoliolara Baxış Həftəsi keçirir. Təşkilat ən çox ruhlanma nümayiş etdirən yaradıcı peşəkarları birləşdirərək, 2012-ci ildə təsis olunduğundan bəri səksənə yaxın ölkədə təxminən 1000 tədbir keçirib. Bu tədbirlər yaradıcı şəxslərə yeni-yeni həmfikirləri ilə əlaqə qurmağa, bununla da yaradıcı imkanlarını xeyli artırmağa çox qiymətli imkan verir.

YARAT Müasir İncəsənət Məkanı bu cür təşəbbüsləri həmişə dəstəkləyir. Hazırkı tədbir də Behance şəbəkəsi ilə ilk tərəfdaşlığı deyil. 

Bu ilin Portfoiolara Baxış Günü zamanı 11 iştirakçının – Dima Turkanın, Elnur Babayevin, Eltac Zeynalovun, Şamil Əsgərovun, Hadi Misrixanovanın, Chalk Studionun, Vüqar Naibin, Ayxan Xəlilovun və Bütünay Haqverdiyevin əsərləri təqdim olunur. Təqdimatdan əlavə, tədbirdə onların hazırkı sənət layihələrinin müzakirəsi də nəzərdə tutulub. 


Tədbirin sonunda isə peşəkar münsiflər heyəti (rəssam-dizayner Fəxriyyə Məmmədova, fotoqraf Sənan Ələsgərov, bir də rəssam və kinorejissor Teymur Daimi) tərəfindən qalib seçilən üç portfolio elan olunacaq.


Məkan:

YARAT Müasir İncənət Mərkəzi, Multifunksional Zal, 2-ci mərtəbə

Bayil (Dövlət bayrağının yaxınığında)

Təqdimat günü: 15 may 2015 

Vaxt: 19.00


Sərbəst giriş


Tel.: +99412 505 14 14


FACEBOOK EVENT

Yüklənir