Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MÜASİR İNCƏSƏNƏT MƏKANI BEHANCE İLƏ BİRGƏ BAKIDA PORTFOLİOLARA BAXIŞ GÜNÜ KEÇİRİR

08 Noy 14

8 Noyabr 2014-cü il tarixində Bakıda, YARAT Müasir İncəsənət Məkanı, yaradıcı işlərin onlayn nümayiş etdirilməsi və axtarışı üzrə qabaqcıl internet platforması BEHANCE ilə birgə Portfoliolarına Baxış Günü keçirəcəklər.


BEHANCE – internet saytları və onlayn xidmətlər şəbəkəsidir, yaradıcı şəxslərin özlərini tanıtdırmaq ehtiyacları sahəsində ixtisaslaşır, o cümlədən məsləhətçi köməyi və onlayn portfolio saytlarını idarə edir. BEHANCE yaradıcı şəxslərə fəaliyyətləri barədə internet məlumatlarını vahid məkanda yeniləməyə, bununla da dünya miqyasında daha səmərəli yaymağa imkan verir.   

BEHANCE yaradıcı işlərin müxtəlif onlayn qalereyalarda təqdim edilməsinə, internetdə daha çox baxılmasına kömək göstərməklə, milyonlarla ziyarətçinin diqqətini incəsənətə cəlb etməklə yaradıcı istedadlar qarşısında açılan imkanları genişləndirir. BEHANCE-da qeydiyyatdan keçən istifadəçilər yeni əsəri necə yaratdıqlarını əvvəldən axıra kimi bu platformada nümayiş etdirə bilirlər; onlayn etimad xalları toplayır, karyera imkanlarını öyrənir, həmkarları ilə və rəhbər-təşkilatçılarla əlaqə qururlar.

BEHANCE ildə iki dəfə Portfoliolara Baxış Həftəsi (PRW – Portfolio Review Week) keçirir. Yaradıcılıqla məşğul olan adamların bir yerə toplaşması üçün könüllülər tərəfindən hazırlanan bu tədbirlər silsiləsi artıq dünyanın yüzlərcə şəhərində təşkil olunur. 2012-ci ildə təşkil olunan birinci Portfoliolara Baxış Həftəsindən sonra, dünyanın səksən ölkəsində 1000-dən artıq belə tədbir keçirilmişdi, özü də hamısı yerli icma rəhbərləri tərəfindən təşkil olunmuşdu.


YARAT Müasir İncəsənət Təşkilatı rəssam portfoliolarına baxış günü keçirmək məqsədilə bu il BEHANCE ilə partnyorluq münasibətləri qurmuşdur. Tədbir zamanı Azərbaycandan yaradıcı portfolioları təqdim edəcək iştirakçılar: Liza Həsənova, Ramil Əliyev, Cavid Quliyev, Məcid Əliyev, Samir Salahov, Sübhan Manafzadə, Urfan Məmmədov, Kənan Nəsibov, Aygün Həsənova, Emin Əzizbəyli və Çingiz İsmayılov.


Portfoliolara baxışın qaliblərini müəyyənləşdirib təltif edəcək münsiflər heyəti də məlumdur: Xose Vinsent (memar, Argentina), Mirazər Abdullayev (“AA&M advertising”ın Yaradıcı Direktoru), İlqar Tahiri (dizayner) və Ceyhun İmanov (‘Jeykhun Imanov Studio’ reklam agentliyinin təsisçisi).

 


BEHANCE

FACEBOOK PAGE

Yüklənir