Aprel 2024

BACARART PROJECT 2014

01 May - 23 Noy 14

Müasir İncəsənət Məkanı YARAT və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tezliklə aztəminatlı ailələrdən olan uşaqların yaradıcı potensialının üzə çıxarılması və inkişaf etdirilməsinə dəstək göstərən mütəmadi BACARART layihəsini həyata keçirəcək.  

***

Bu dəfə layihə 3 mərhələyə bölünəcəkdir - 

Birinci mərhələ:

Layihənin ilk mərhələsi on bölgəni (Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, İmişli, Qəbələ, Goranboy və Ağdam da daxil olmaqla) əhatə edəcək. Altı peşəkar rəssam və fotoqraf ölkə boyu səyahət edərək 50 uşaqdan ibarət qrup üçün bir həftəlik məşğələlər keçirəcək. Studiyadaxili çalışmalar və peşəkar bələdçilik uşaqların daxili yaradıcı qüvvəsini kəşf edərək onların incəsənət vasitəsilə özünü ifadə etmə qabiliyyətinin gücləndirilməsinə yardım edəcək.  Layihə nəticəsində yaranacaq sənət işləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən toplanaraq komitə nəzdində saxlanılacaqdır.

2-ci mərhələ: 

Layihənin ikinci mərhələsi 2014-cü ilin iyul ayında – bütün layihə iştirakçılarının yenidən yay proqramında bir araya gələcəkləri zaman baş tutacaq. Həmin yay sessiyası Zaqatala, Quba, Nabran və ya Şəki kimi regionlardan birində baş tutacaq. Uşaqlar Ramal Kazımov, Vusal Rahim, Nəzrin Məmmədova, Sitarə İbrahimova, Fərhad Fərzəliyev və Reza Hazare kimi tanınmaqda olan rəssamlardan kompozisiya, rəsm və fotoqrafiya sənətinin əsaslarını öyrənəcəklər.

3-cü mərhələ:

Bu kurs zamanı yaradılan bütün incəsənət nümunələri sonuncu sərgi zamanı nümayiş etdiriləcək. Gənc rəssamların davamlı inkişafı üçün vəsait toplanmasına dəstək məqsədilə sərgi zamanı xeyriyyə auksionu keçiriləcək.


 

Yüklənir