Aprel 2024

İNDİ

07 Mar - 07 Dek 13

Əziz Dostlar!

Əgər Siz özünüzü gənc, istedadlı və təcrübələrə hazır bir insan hiss edirsiniz və Sizin hələ də həyata keçirilməmiş arzularınız varsa,

Əgər Siz peşəkar səviyyədə musiqi, poeziya, rəssamlıq, kinematoqrafiya və ya video-art sənəti ilə məşğulsunuz, o zaman müasir incəsənətin bir neçə istiqamətinin birləşməsi hesabına yaranan bizim yeni cərəyanarası "İndi" layihəsi məhz SİZİN üçün nəzərdə tutulub!

Azərbaycanda ilk dəfə olaraq, yaradıcı gənclər öz niyyətlərini həyata keçirmək, dəstək qazanmaq, eşidilib qiymətləndirilmək fürsətindən yararlana biləcək! Belə bir fürsəti onlara artıq il yarım müddətində Azərbaycanda və xaricdə incəsənət, mədəniyyət və təhsil sahəsində fəaliyyət göstərən YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı bəxş edəcək.

"İndi" layihəsi Bank Technique-in dəstəyi hesabına həyata keçirilir. Keçirilməsi nəzərdə tutulan layihənin əsasını müasir incəsənətinin müxtəlif istiqamətlərinin nümayəndələrini eyni zamanda bir səhnədə birləşdirmək arzusu təşkil edir.

Biz bu layihə çərçivəsində möhtəşəm incəsənət axşamları silsiləsini təşkil etməyi nəzərdə tutmuşuq; keçiriləcək hər bir axşam zamanı müasir incəsənətinin gözlənilməz ünsürlərin aşkarlanması gözlənilir. İştirakçılar tərəfindən təklif olunacaq əsərlərdə tamamilə qeyri-adi istiqamət birləşmələri, misal üçün, muğam və media-performansı, şer ekspromtu və balet kompozisiyası və s. kimi təcrübələr tətbiq oluna bilər.

"İndi" layihəsindən böyük gözləntilər var və, çox güman ki, layihənin həyata keçirilməsi üçün bizə məhz SİZİN kimi iştirakçı lazımdır!

 

Özünüz barədə məlumatı CV şəklində tərtib edərək info@yarat.az və ya jamila.o@yarat.az elektron poçt ünvanlarına göndərin. Sizin namizədliyinizi daha mükəmməl şəkildə qiymətləndirmək üçün, CV-nizdə yaratdığınız əsərlərə, çəkdiyiniz fotoşəkillərə və video çarxlara, mətnlərə və ya digər materiallara istinad linklərini qeyd etməyi unutmayın !

 

Namizədlərin seçimi artıq başlayıb!

Nəzərdə tutulan incəsənət silsiləsinin birinci axşamı bu ilin mart ayının 7-də təşkil olunacaq. Keçiriləcək tədbirin yeri və vaxtı haqqında Biz Sizə ətraflı məlumat verəcəyik. Lütfən, tədbirlərin anonslarını YARAT Müasir İncəsənət Məkanının vebsaytında və Facebook səhifəsində izləyin.


 

Yüklənir