Aprel 2024

Bacar Art

20 Noy 12

20 noyabr - Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Yarat” Müasir İncəsənət Məkanı uşaqlar arasında “BacarArt” Layihəsi həyata keçirir.  

6 noyabrdan etibarən başlayan Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyyacı olan, aztəminatlı, qaçqın və məcburi köçkün ailələrdən olan istedadlı uşaqların üzə çıxarılmasıdır. “BacarArt” Layihəsi çərçivəsində “Yarat” Müasir İncəsənət Məkanının  gənc rəssamları tərəfindən uşaqlara Master- klass veriləcəkdir. Layihədə Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin yerləşdiyi 8 rayondan (Göy-göl, Goranboy, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Xəzər) 24 uşaq iştirak edəcəkdir.

20 noyabrda baş tutacaq yekun mərasimdə uşaqların əl işindən ibarət hərrac sərgisi təşkil olunacaq və əldə olunan gəlir istedadlı uşaqların bu sahədə yaradıcılıqlarının inkişafına sərf ediləcəkdir.


 

Yüklənir