Aprel 2024

KLASSİK MUSİQİ AXŞAMI

24 Avq 17

Əziz musiqi həvəskarları, YARAT Müasir İncəsənət Məkanı avqustun 24-ü, saat 19:00-da keçiriləcək musiqi axşamına dəvət edir. Tədbirdə 70-80-ci illərin populyar mahnı və musiqiləri səslənəcək. Məhz bu tədbir üçün istedadlı sənətkarlar bir araya gələcəklər.


Musiqi axşamında Sizin üçün 5 ildən çox peşəkar vokal təcrübəsinə malik olan Kamran Rzayev; pianoçu, bəstəkar və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Elçin Məmmədov; barabançı, Azərbaycanın Əməkdar artisti Tofiq Cabbarov və Azərbaycan Dövlət Simfonik Orkestrin solisti, kontrabasçı Eldar İsababayev ifa edəcəklər.

Tarix: 24 avqust, 2017

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir