Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

MUZEYDƏ GECƏ – GECƏNİ FƏTH ET!

26 May 18

YARAT Müasir İncəsənət Məkanı Muzeylər günü ərəfəsində Muzeydə gecə – "Gecəni fəth et!" tədbirini təqdim edir. Bu tədbir bir daha sübut edəcək ki, muzey darıxdırıcı yer deyil, əksinə maraqlı və əyləncəli məkandır. 


Həmin gün YARAT-ın bütün məkanları: YARAT Müasir İncəsənət Mərkəzi, Azərbaycan Rəngkarlığı Muzeyi və ARTIM Layihə Məkanı Muzeydə gecə – "Gecəni fəth et!" tədbirinin bayram ab-havasına qərq olacaq.


MƏKAN 1: YARAT MƏRKƏZİ

YARAT Mərkəzində keçiriləcək "İstədiyin birinə çevril" bodi art və"Etrusk natiqləri" gəzən heykəllər proqramları sizin axşamınızı yaddaqalan edəcək.  


Həmçinin sizlər üçün "Azərkosmos" şirkəti ilə birgə "Təbiət yoxsa insan?" adlı müsabiqə hazırlamışıq. Bu müsabiqə sizləri tamam fərqli reallığa səyahətə aparacaq. Həmin səyahətdən qayıdandan sonra isə, öz təəssüratlarınızdan ibarət kollektiv incəsənət əsərləri yaratmaq imkanı qazanacaqsınız. 


Axşam saatlarında alov şousuna və ADO kollektivindən sürpriz tamaşaya baxacaqsınız. Gecənin sonunda isə istedadlı DJ-lər Nasa Mareena və Fərhad Fərzəliyevin ifasında elektron musiqi parçalarını dinləyəcəksiniz.


MƏKAN 2: RƏNGKARLIQ MUZEYİ

Yaradıcılığınıza tam azadlıq verərək, gül-çiçəklərdən avtoportret hazırlamaq ustad dərsində iştirak edə bilərsiniz. Eyni zamanda dizayner və kolleksiyaçı Natavan Əliyeva tərəfindən təqdim olunmuş, XIX əsrin geyimlərindən ibarət moda nümayişi və "Kostyumlar fərdiyyətimizi necə əks etdirirlər" adlı mühazirəyə qatıla bilərsiniz.


MƏKAN 3: ARTIM LAYİHƏ MƏKANI

Burada, siz "Məhəllə" kollektivinin əsərlərindən ibarət eyni adlı sərginin açılışında iştirak edəcəksiniz və elektron musiqi parçalarını dinləyəcəksiz.


Muzeydə gecə Muzeydə gecə – "Gecəni fəth et!" tədbirinin partnyorları:

  • Dənizkənarı Bulvar İdarəsi
  • "Azərkosmos" MMC
  • Enoteca Meydan
  • Natavan Apparel
  • ADO Kollektiv
  • Fleuriste gül butiki

*Tədbir üçün xüsusi təkliflərə görə Port Wine&Grill və Maya/La Vida restoranlarına təşəkkür edirik.


PROQRAM

YARAT MƏRKƏZİ

  • Bodi art (16+) – 19:00-21:00 – Çoxtəyinatlı zal (II mərtəbə)
  • Qeydiyyat üçün: 0502469292. Son tarix: 25 May
  • "Etrusk natiqləri" gəzən heykəllər proqramı – 19:00, 20:30, 21:30 (Dənizkənarı bulvar)
  • Təəssüratlarınla bölüş (Aida Mahmudovanın fərdi sərgisi) – 19:30-21:00 (Dənizkənarı bulvar)
  • Təəssüratlarınla bölüş (Mikelancelo Pistolettonun fərdi sərgisi) – 19:30-21:00 (YARAT Mərkəzinin kitabxanası)
  • "Təbiət yoxsa insan?" müsabiqəsi – 19:00-21:00 (Dənizkənarı bulvar)
  • ADO Teatr kollektivindən tamaşa – 19:30-20:30 (Dənizkənarı bulvar)
  • Fləşmob "Üçüncü cənnət simvolunun qurulması" – 20:30-21:00 (Dənizkənarı bulvar)
  • Musiqili çıxış (Kamran Rzayev – vokal, Nərgiz Əliyeva –- piano, İbrahim Babayev – tar, Oya Ergün – fleyta və Məhəmməd Məmmədli – akkordeon) – 21:00-22:00 (Dənizkənarı bulvar)
  • Alov şousu – 22:00-22:15 (Dənizkənarı bulvar)
  • DJ'lərin çıxışı (Nasa Mareena, Fərhad Fərzəliyev) – 22:15-00:00 (Dənizkənarı bulvar)

RƏNGKARLIQ MUZEYİ

  • Təbii güllərdən avtoportret – 19:00-20:00
  • Qeydiyyat üçün: 0502469292. Son tarix: 25 May
  • Dizayner Natavan Əliyeva tərəfindən təqdim olunmuş moda nümayişi – 20:00-20:30
  • Dizayner Natavan Əliyeva tərəfindən "Kostyumlar fərdiyyətimizi necə əks etdirirlər?" adlı mühazirə – 20:30-21:00

  • Port Wine & Grill və MAYA Mexican Restoranı/La Vida tərəfindən xüsusi təkliflər – 19:00-22:00

ARTIM Layihə Məkanı

  • "Məhəllə" sərgisinin açılışı - 19:00
  • DJ çıxışı - 20:00

Yüklənir