Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ZADİ ÇA-NIN MAQOHALMİ ÖVLADI VƏ YARADILIŞ SƏDASI ADLI FƏRDİ SƏRGİSİ ÇƏRÇİVƏSİNDƏ PERFORMANSLAR

12 İyl - 29 Sen 19

ZADİ ÇA-NIN MAQOHALMİ
ÖVLADI VƏ YARADILIŞ SƏDASI

ADLI FƏRDİ SƏRGİSİ
ÇƏRÇİVƏSİNDƏ PERFORMANSLAR

Kurator: Anna Fex


YARAT MƏRKƏZİ 
12.07 > 29.09.2019 

İyul 12, 19:00
Açılış performansı. Katya Verhelin rəhbərliyi ilə. İfaçılar: Aydan Quliyeva, İsmət Quliyeva, Liel Cəlilova

Bu performans öz ilhamını qorxu-ürkü bilmədən, süpürgələri ilə şəhər küçələrini süpürən süpürgəçilərin möcüzəsindən götürüb. Onları şəhəri qaranlıq uçurumdan qorumaq üçün öz tilsimlərindən istifadə edən xeyirxah cadugərlər də adlandırmaq olar. Sanki başqa bir zamandan gəlmiş bu möcüzəli qadınlar, şəhərin müasir görünüşü ilə tam ziddiyyət təşkil edirlər. Onlar yolları həm səliqəli, eyni zamanda qətiyyətli hərəkətlər ilə süpürürlər; buna baxmayaraq, cəmi bir neçə saniyədən sonra, yolları yenə toz-torpaq bürüyür. Bu isə özlərini əbəs yerə kapitalizm dünyasında sosial təmizliyə həsr etmiş poetik Sizif əməyi ilə məşğul olan insanları xatırladır. 


İyul 18, 19:00
Rumiyyə Ağayevanın performansı

Rəssam şamanizmin universal tendensiyaları ilə maraqlanır və yerli mədəniyyətdə Sufi dərvişlərinin ayinləri, Neopaqanizm kimi mənəvi cərəyanları, habelə yerli Qafqaz əhalisinin qədim dinlərinin müasir dirçəlişi ilə bağlı ümumi oxşarlıqları axtarır. Bu performans, şamanizmlə bağlı folklorda əks edilən yerli əhalinin ənənəvi təcrübələrini vurğulayır.


İyul 25, 19:00
Şəlalə Salamzadənin Mənşə videosunun nümayişi

“Mənşə” videoəsəri Humay ilahəsi əfsanəsindən bəhs edir və Azərbaycan nağıllarında parlaq qadın obrazlarının olmamasının inikasıdır. Qədim Azərbaycan mifologiyasında dünyanın sonsuz dənizlərdə yaşayan yarıqadın-yarıquş Humay ilahəsi haqqında əfsanə var. Tanrının antropogen kişi olması ilə bağlı geniş yayılmış inanclara tam zidd olaraq, Azərbaycan mifologiyasında torpaq, flora və fauna dünyasının yaradıcısının məhz Humay ilahəsi olduğu bildirilir. Digər bir ənənə, bu ilahənin məğrur və güclü ruhunu mədh edir. Rəvayətə görə, Humay ilahəsi bütün dünyanı gəzib-dolaşandan sonra, öz yorğunluğunu gizlədərək Ulu Tanrının yanına qayıdır və o, Humaya mətanət və dözümlülük ruhu bəxş edir. Humay ilahəsi haqqında yazılara şair Nizaminin əsərlərində də rast gəlmək olar.


Auqust 1, 19:00
Şahnaz Ağayevanın Anam məni ana böyüdür performansı

Qadınlar bir nəsildən digərinə genealoji məlumatları ötürürlər. Amma, qadının ailədə fərdi davranışı qətiyyən bəyənilmir və aqressiya ilə müşayiət olunan müqavimət hallarına səbəb olur. Gənc nəsil, uzun illər bundan başlayan absurd komediyanı davam etdirməyə məcbur olurlar. Təqdim edilən performansının konsepsiyası, gələcək nəsillərdən bu “sərsəmliyi”, yəni, “möhürlənmiş” davranışı tələb etməyi davam etdirən obrazlarla birgə, alleqorik şəkildə nümayiş etdirməyə çalışır.


Auqust 8, 19:00
Elvin Mirzəyevin performansı

Bu performansda dəniz ruhunun danışdığı batmış şəhər hekayəsindən bəhs edir. Ruh rolunda, Səbail rayonunun köhnə günlərini xatırlayan qadın çıxış edir. Bakının ən qədim yaşayış məntəqələrindən biri olan Səbail rayonu, inzibati ərazi vahidi kimi ötən əsrin 20-ci illərində formalaşmağa başlayıb. Bu rayon əvvəllər “Bayıl-Bibi-Heybət”, “Stalin” (1931-ci ildən), “26 Bakı Komissarları” (1960-cı ildən) adlanıb və 29 aprel 1992-ci il tarixindən etibarən Səbail rayonu adlanır. Səbail Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi abidənin adıdır. Rayonun ərazisində qədim dövrə və orta əsrlərə dair digər abidələr də mövcuddur.


Sentyabr 5, 19:00
Diana Hacıyevanın performansı

Dihaj – Bakıda fəaliyyət göstərən eksperimental doom-pop layihəsidir. Rəssam sualtı motivləri dərin harmoniyalar və orta aşağı templə əlaqələndirir. Bu performansa yarı improvizə edilmiş 1 saatlıq musiqili çıxış daxildir. Çıxışda akustik baraban, iri elektron baraban, immersiv gitara rifləri, genişhəcmli elektron ped alətinin səsləri və məlahətli vokal tədricən şaman mahnılarına keçid alır.


Sentyabr 19, 19:00
DanceAbility Azerbaijan inklüziv rəqs şirkətinin performansı

Bu performans, nənələrimizin davranışı və nağıllarının onun qızının həyatına, eləcə də onların həyata birgə yanaşmalarına necə təsir göstərdiyindən bəhs edir. Bir nəsildən digərinə ötürülən heka-yələrin bəziləri qorxular təlqin edə, kollektiv şüursuzluğu formalaş-dıra, qorxu içində olan yeni nağıllar və yaşam tərzləri yarada bilər. Bu performansın məqsədi, nağılların mədəniyyətə həm mənfi, həm də müsbət təsir göstərdiyini vizuallaşdırmağa çalışır. 


Sentyabr 26, 19:00
Fərhad Fərzəliyevin Runanşah video və səs performansı

Rəssam öz performansında “Runanşah” adlı əsərini nümayiş etdirəcək. Bu əsər, şahidlərin sözlərinə görə, Xəzər dənizində yaşayan balıq quyruqlu məxluq – Runanşah ilə bağlı müəllifin apardığı davamlı araşdırmalardan əldə edilən nəticələrin təqdimatıdır. Bu hekayənin kökü miflərə, Şərq slavyanlarının nağıl və miflərində yer alan möcüzəli su pəriləri, eləcə də Mesopotamiya folklorunda həm insana, həm də balığa bənzəyən amfibiya məxluqlara qayıdır.  Əfsanəyə görə bu məxluqlar, bilik və bacarıqlarını quru sakinlərinə öyrətmək üçün sudan bayıra çıxırlar. Təqdimatdan sonra, rəssam Runanşah obrazını təmsil edən delfin geyimində mövzuya uyğun musiqili səs performansı ifa edəcək. 


Sentyabr 29, 19:00
Bağlanış performansı Aqil Abdullayev və dostları Buna görə mən zor uşaqlarla vaxt keçirmirəm

“Buna görə mən zor uşaqlarla vaxt keçirmirəm” – yerli reyverlər və Azərbaycan mədəniyyətində həmişə əhəmiyyətli yer tutan, öz qədimiliyi və orijinallığı ilə seçilən qədim ənənəvi Qarabağ səsləri arasında əlaqələri araşdırmağa çalışan səs və performans əsəridir. XIX əsrin birinci yarısından başlayaraq, yeni xanəndələr və ifaçılar yetişməyə, qısa zamanda bütün Cənubi Qafqazda məşhurluq qazanmağa, folklor və musiqi istedadlarından ibarət zəngin irsi olan məktəb yaratmağa başladılar. Aqil qədim səslərin müasir interpretasiyasını yaradıb və dostlarından ibarət qruplar ilə birgə atmosferik səs mühitləri qurub. Onlar musiqi, qədimilik, qərbləşdirilmiş klub səhnələri və xoreoqrafiya jestlərini özündə birləşdirən performanslarla məkanı büsbütün dəyişəcəklər.

Diqqət! Performansda strob işıqları var və bu, fotohəssas epilepsiyadan problemi olan uşaqlar və ya ziyarətçilər üçün müvafiq olmaya bilər.

Yüklənir