Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏNGKARLIQ MUZEYİ: ÖZÜNÜ KƏŞF ET YEKUN SƏRGİ

29 Yan 20

YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçirilən “Özünü kəşf et” proqramının illik yekun sərgisi olan “Kağız və kətan” adlı tədbirə dəvət edir.


İştirakçılar il boyu – rəssamlar Müseyib Əmirov, MirAzər Abdullayev, Fərhad Yalquzaq, Kənan Əli, Anar Şəmsi, Sabina Şıxlinskaya, Rəşad Mehdiyev, Gülarə İsrafilova, Gülnarə Ələkbərli, İnna Kostina, Zaira Nadiraşvili, Vüsalə Ağarazıyeva və Lamiyə Quliyeva kimi tanınmış və peşəkar rəssamların rəhbərliyi ilə incəsənət dünyasının incəlikləri, fərqli növləri ilə tanış oldular.


“Özünü kəşf et” proqramında yenilik olaraq “Art terapiya” dərslərinin də keçirilməsi ilə iştirakçılar kağız və boyaların fantaziya təzahürünü yox, rənglərin onların həyatındakı rolu və mənasıyla da tanış olmuşdular.


Sərgi layihə iştirakçılarının rəssamlarımız tərəfindən seçilmiş əsərlərindən ibarətdir. Həmçinin, Nicat Aslanov (piano), Firudin Həmidov (truba) və Nicat Paşazadədən (bas gitara) ibarət caz musiqi qrupu sərgi boyunca sizə xoş ovqat bəxş edəcək.


Tarix: 29 yanvar, 2020
Saat: 19:00
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (Bayıl, YARAT Mərkəzinin yanı)
Giriş sərbəstdir
Əlaqə nömrəsi: +99412 505 7718; +99450 251 41 15

Yüklənir