Aprel 2024

#YARATONLINE: CANLI KONSERT – YANSEL KASTEYON

06 Apr 20

#YARATOnline yeni layihəsi ilə artıq efirdədir. Sizi kubalı musiqiçi və bəstəkar Yansel Kastellonun atəşli çıxışı gözləyir.


Yansel Kastellon 1981-ci ildə Kubanın paytaxtı Havanada doğulmuş bas-gitara ifaçısı, müğənni, bəstəkar və aranjemançıdır. Onun atası istedadlı musiqiçi, ölkəsini dünya səhnəsində uğurla təmsil edən Riçard Egües – bu gün klassik sayılan danson və ça-ça-ça üslubundakı bir sıra melodiyaların müəllifidir.


Yansel Kastellon 2002-ci ildə Alexandro Qarsiya Katurla adına Konservatoriyanın bas-gitara sinfi üzrə bitirdikdən sonra 2011-ci ilə qədər Adolf Qusman adına Musiqi Mərkəzində fəaliyyət göstərmişdir. Kuba musiqi ənənələrini müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə (2011–2017-ci illər) uğurla təmsil etmişdir. 2018-ci ildən Azərbaycanda məskunlaşmış sənətçi, burada YMProduction musiqi şirkətini təsis edir, bununla yanaşı Azərbaycan və Türkiyə musiqiçilərini birləşdirən Amigos Kuba musiqisi orkestrini yaradıçısıdır.


Tarix: 6 aprel, 2020

Saat: 20:00

YARAT instagram səhifəsi

Yüklənir