Aprel 2024

#YARATONLINE: FYODOR BİRYUÇEV CANLI KONSERT

19 Fev 21

Əziz dostlar!

Uzun sürən sükutdan sonra, YARAT yenilənmiş musiqi proqramı ilə sizin görüşünüzə qayıdır!


Sizi Madriddə baş tutacaq Fyodor Biryuçev unikal canlı konsertin translyasiyasını bizimlə birgə izləməyə dəvət edirik.


Fyodor Biryuçev — pianoçu və bəstəkar, çoxsaylı beynəlxalq müsabiqələr və festivalların laureatı. Rusiyada Fyodor Biryuçev yeni musiqi səhnəsinin ən parlaq nümayəndələrindən biridir, həmçinin müasir musiqi mədəniyyəti kontekstində son dərəcə maraqlı simalardan biri sayılır.


Onun konsertləri, bir tərəfdən, akademik incəliyi və səliqə-sahman, dinləyicini musiqiyə dərindən qərq etmə xüsusiyyəti, digər tərəfdən isə parlaq ekspressiv təqdimat, güclü energetika və ovsunlayıcı ab-havası ilə fərqlənir. Fyodor indiyə qədər 3 albom buraxıb, Fransa, Almaniya, Niderland, İtaliya, İspaniya, Rusiya, Ukrayna, Finlandiya, Hindistan və Tailand kimi ölkələrdə 100-dən çox konsert proqramları ilə çıxış edib.


Fyodorun dünyada ilk dəfə immersiv formatda klassik operanın saund-prodüseri kimi iştirak etməsi də diqqətəlayiqdir. Moskvada baş tutan "Qaratoxmaq qadın" operasında, o, məşhur dirijor Andrey Reynin rəhbərliyi altında, "New Classic Band" orkestri və Bolşoy Teatrın solistləri ilə birgə işləyib. 2018-ci ildə bu layihə III "Onegin" Milli Mükafatın laureatı adına layiq görülüb.


Tarix: 19 fevral, 2021

Saat: 22:30

YARAT Instagram

Yüklənir