Aprel 2024

“GLASS BAND” VƏ “H3 COLLECTIVE” İLƏ BİRLİKDƏ SƏRGİNİN BAĞLANIŞ KONSERTİ

18 Okt 23

Sizi sərgimizin möhtəşəm finalına - bağlanış konsertinə dəvət etməkdən məmnunuq!


Yerli qruplar “Glass Band”“H3 Collective” sizi öz valehedici melodiyaları ilə musiqi səyahətinə apararaq, gecənizə xoş əhval qatacaqlar.


Tədbirə rəngarəng ritm çalarları ilə seçilən “Glass Band” start verəcək, daha sonra “H3 Collective” özünün yenicə buraxılmış “FARGLY” albomundan seçmə mahnıları ifa edəcək. Həmçinin istedadlı musiqiçilər öz orijinal kompozisiyaları ilə yanaşı, tanınmış Azərbaycan bəstəkarlarının məşhur, xalq tərəfindən sevilən əsərlərini yeni aranjimanda səsləndirəcəklər.


Musiqi, yaradıcılıq və mədəniyyətlə dolu məftunedici gecənin bir hissəsi olmaq üçün, bu inanılmaz tədbiri qaçırmayın.


Giriş sərbəstdir


Tarix: 18 oktyabr

Saat: 19:00-20:30

Məkan: YARAT Mərkəzi (MFZ, 2-ci mərtəbə)

Yüklənir