Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

TEATR KLUBU: PROMETEY MƏNİM DOSTUMDUR

04 May 19

YARAT Müasir İncəsənət Məkanı Teatr Klubu çərçivəsində hazırlanan “Prometey mənim dostumdur”  tamaşasının premyerasına dəvət edir.


Bildiyiniz kimi YARAT Teatr Klubu həvəskar aktyorlar üçün vacib platforma olaraq fəaliyyət göstərir. Bu dəfə isə bizim həvəskar aktyorlarımız uşaqlardı. Onlar iki ay ərzində yorulmadan çalışdılar ki, sizə “Prometey mənim dostumdur" adlı kölgə tamaşasını təqdim etsinlər.


Qeyd edək ki, “Prometey mənim dostumdur”  tamaşası rəssam Vaciko Çaçxianinin "Milçəklər dişləyir, yağış yağacaq" adlı sərgisi ilə əlaqəlidir.


Aktyorlar: Ayşən Kazımlı, Aqil Əliyev, Selcan Əliyeva, Kərim Kərimov, Çiçək Allahverdiyeva və Asiman Kazımlı.


Pyesin müəllifi: Nigar Məmmədli

Rejissor: Elvin Mirzəyev

Quruluşçu rəssam: Leyla Qabulova


Tarix: 4 may, 2019

Saat: 17:00

Məkan: YARAT Mərkəzi

Giriş sərbəstdir

Yüklənir