Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: MİLLİ MUSİQİ KONSERTİ

20 Apr 17

YARAT Freestyle Sizi milli musiqi konsertinə dəvət edir!
Konsert proqramı kamança ifaçısı Cahandar Mikayılov və nağara ifaçısı Soltan Əliyev tərəfindən hazırlanıb.


Cahandar Mikayılov 1994-cü ildə anadan olub. 2013-cü ildə Asəf Zeynallı adına Musiqi kollecinin “Xalq çalğı alətləri” bölməsinin “Kamança” sinfini bitirib. O, bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış etmişdi, o cümlədən: Türkiyənin Ankara, Trabzon, Giresun və Ordu şəhərlərində, İtaliyanın Roma və Komo şəhərlərində, İran, İspaniya və Rusiya.

Soltan Əliyev 1983-cü ildə anadan olub. 2002-ci ildə Asəf Zeynallı adına Musiqi kollecinin “Xalq çalğı alətləri” bölməsinin “Nağara” sinfini bitirib. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirərək 2008-ci ildə bakalavr və 2010-cu ildə isə magistr dərəcəsinə yiyələnib. Soltan Əliyev bir sıra xarici qastrollarda Azərbaycan musiqi sənətini məharətlə təmsil etmişdir. Hal-hazırda AMEA Folklor İnstitutunda çalışır.


Tarix: 20 Aprel, 2017

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir