Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: GƏNC VOKALÇILARIN CANLI KONSERTİ

06 Apr 17

YARAT Müasir İncəsənət Məkanı Dmitri Babayevin rəhbərliyi altında keçəcək gənc vokalçıların canlı konsertinə dəvət edir. 


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir. 

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Performansda M. Maqomayev adına musiqi məktəbi, Bülbül adına xüsusi musiqi məktəbi və Bakı Musiqi Akademiyasının tələbələri çıxış edəcək.

Proqram vokalçı, çoxsaylı beynəlxalq yarışlar laureatı, Bakı Musiqi Akademiyası, Bülbül adına xüsusi musiqi məktəbi və digər musiqi təhsili ocaqlarının müəllimi Dmitri Babayev tərəfindən hazırlanmışdır.


Tarix: 6 aprel, 2017

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, çoxtəyinatlı zal)

Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanının yaxınlığı.

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir