Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: CANDOCO RƏQS KOMPANİYASININ SEMİNARI

06 Mar 17

British Council YARAT Müasir İncəsənət Mərkəzi ilə birlikdə martın 6-da əlilliyi olan insanların çalışdığı təşkilatlar və əlilliyi olan şəxslər üçün Birləşmiş Krallıq və Azərbaycan təcrübələrini bölüşmək, eləcə də inklusiv mədəniyyət mövzusunda gələcək addımları müzakirə etmək məqsədilə seminar və dəyirmi masa təşkil edəcək. Tədbir incəsənət və vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən təşkilatlar üçün şəbəkələşmə imkanı təqdim edəcək. Tədbirdə dövlət qurumlarının nümayəndələri, əlillik və sosial inkluzivlik sahəsində çalışan yerli və milli təşkilatlar, rəqs və teatr nümayəndələri, təhsil müəssisələri, nüfuzlu şəxlər və potensial sponsorlar iştirak edəcəklər.


Candoco incəsənət, estetika və bacarıq anlayışları ilə əlaqədar sərhədləri aşan və bu anlayışları genişləndirən mükəmməl və hərtərəfli təcrübələr formalaşdıran, əlilliyi olan və olmayan rəqqaslardan ibarət olan rəqs ansamblıdır. Hamı tərəfindən bəyənilən, olduqca müasir istiqamətə malik fəaliyyətinin 25 illiyini qeyd edən "Candoco" fiziki baxımdan bu günə qədərki ən fəal iki hissəli tamaşasını təqdim edir: “Beheld” (Bax) və “Set and Reset/Reset” (Qur və Yenidən qur).


10:00 - 10:50 "Candoco" rəqs ansamblının nümayəndəsi tərəfindən aparılan seminar 

11:00 - 12:00 "Əsa" teatrının təqdimatı

12:00 - 13:00  Yerli expertin təqdimatı

13:00 - 14:00  British Council tərəfindən təşkil edilən və yeni əlaqələrin (şəbəkələrin) qurulmasına həsr olunan işgüzar görüş

14:00 - 17:00  "Candoco" ansamblının rəqqasları tərəfindən aparılan ustad dərsi


Tarix: 6 Mart

Saat 10:00 - 17:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə - Çoxtəyinatlı zal)

Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın.

Giriş: Öncədən qeydiyyatla, ödənişsiz


Ətraflı məlumat və ya suallar üçün əlaqə saxlaya bilərsiniz:

Dilarə İbrahimova, incəsənət üzrə Menecer +994 12 497 1593 


FACEBOOK

Yüklənir