Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: VİKTORİYA YAKUŞİNA, MÜHAZİRƏ İNTERYER DİZAYNINDA DÜNYA TENDENSİYALARI

09 Fev 17

YARAT Müasir İncəsənət Məkanı ukraynalı dizayner və memar Viktoriya Yakuşanın iştirakı ilə "İnteryer dizaynında dünya tendensiyaları" adlı mühazirəyə dəvət edir.


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir. 

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq məqsədi ilə xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


İNTERYER DİZAYNINDA DÜNYA TENDENSİYALARI. MAİSON & OBJET 2017 SƏRGİSİNİN NƏTİCƏLƏRİ


Mühazirə haqqında

Mühazirə ərzində siz interyer dizaynın bütün qlobal tendensiyaları, o cümlədən Parisdə, “Maison & Objet 2017” sərgisində baş verən maraqlı hadisələrlə ətraflı tanış olacaqsınız. Dizayner Viktoriya Yakuşa sizə mövcud rəng və işıq nüansları, dekor və material seçimində diqqət yetirilməli vacib məqamlar, habelə dekor-material uyğunluğundan bəhs edəcək. Mühazirədə ekoloji interyer, təbii materiallardan istifadə, habelə müasir dövrün ən aktual tendensiyası – forma lakonikliyi və faktura zənginliyi haqqında məlumatlar təqdim olunacaq.


Viktoriya Yakuşa - ukraynalı dizayner və memar, bir çox yaşayış evləri və ictimai binalarda interyerlərin müəllifi, “Yakusha Design” studiyasının rəhbəridir.

“Yakusha Design” studiyası 2007-ci ildə təsis edilib və həmin vaxtdan etibarən istedadlı dizaynerlər komandası təkcə Ukrayna deyil, həm də xarici ölkələrdə onlarla uğurlu layihə üzərində çalışırlar. Viktoriyanın üslubu Avropa memarlıq və dizayn anlayışı üzərində qurulub və məhz bu səbəbdən, müasir məkanların yaradılması ilə məşğul olur. Viktoriyanın başlıca yanaşması funksionallıq, lakoniklik və fərdilikdir.

“Yakusha Design” studiyasının layihələri “InterYear” və “Architectural Awards” kimi nüfuzlu müsabiqələrdə ən yüksək yerlərə layiq görülüb və layihələrdən biri “Dünyanın 40 ən yaxşı evi” toplusuna daxildir.


Tarix: 9 fevral 2017

Vaxt: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanın yaxınlığı)

Tel. +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir