Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: EMİN EMİNZADƏ İLƏ POP JAZZ ÜZRƏ USTAD DƏRSLƏR & CANLI KONSERT

08 Dek 16

YARAT Müasir İncəsənət Məkanı gənc vokalçı Emin Eminzadə tərəfindən Pop&Jazz vokal janrının təbliğinə həsr olunmuş ustad dərslərdə iştirak etməyə və onun rəhbərlik etdiyi caz qrupunun canlı konsertinə dəvət edir.

Proqram

18:00 – 19:00

POP & JAZZ vokal üzrə ustad dərsi 

*ustad dərsində iştirak etmək üçün emineminzada@yahoo.com məktub göndərin.

19:00 – 20:00

Emin Eminzadə – Canlı Konsert


Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil etmişdir. 

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Emin Eminzadə – beynəlxalq müsabiqələr və festivallar qalibidir. O, hələ gənc yaşlarından məşhur İtalyan tenoru Robertino Loretti ilə birgə əməkdaşlığından sonra böyük tamaşaçı rəğbəti qazanmışdır. Robertino Loretti, Eminin istedadını yüksək qiymətləndirərək,  onu "Azərbaycanın Robertinosu" adlandırmışdır. Eminin debüt mahnısı "Bubble Dreams", Avropa və ABŞ-da böyük marağa səbəb olub və bir neçə məşhur xarici radiolarda səslənib. Kompozisiyanın aranjemanı Yanq Bek, Devid Faustino, Snup Doq, Bruno MARS və s.dünya ulduzları ilə əməkdaşlıq edən, Nyu-Yorkda yerləşən məşhur "Cinema Production" şirkətinə məxsusdur. "Bubble Dreams" həmçinin dünyada məşhur olan "VEVO" onlayn video kanalında, "iTunes" və "Amazon Online" onlayn-mağazalarında yerləşdirilib. Gənc ifaçı Emin Eminzadə, müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətini layiqincə təmsil etdiyinə və qazandığı çoxsaylı uğurlarına görə Prezident təqaüdünə layiq görülüb və adı "Gənc istedadların Qızıl Kitabı"na daxil edilib.


Emin Eminzadə, ustad dərsi zamanı iştrakçılara – Avropa və ABŞ-dan peşəkar musiqi seminarları və tədbirləri zamanı əldə etdiyi təcrübə və bilikləri ilə bölüşəcək. Ustad dərsində iştirak etmək üçün peşəkar ifaçı olmaq vacib deyil. Özünə və səs imkanlarına güvənən bütün həvəskar ifaçılar təlim prosesinə qatıla bilərlər.

Tədbirin əsas mahiyyəti özlərini Pop & Jazz & Soul janrında yeni sınayan şagird və həvəskar ifaçılara motivasiya verməkdir.


Ustad dərsinin mövzuları:

1. Nəfəs ilə səlis işləmək üçün məşqlər

2. Səs telləri üçün düzgün və lazımlı məşqlər 

3. İfaçılara düzgün mahnı seçimi barədə məsləhətlər 

4. İngilis dilində olan mahnı sözlərinin monoloq formasında çıxışı 

5. İfaçılıq qaydaları, səhnə hərəkəti ilə vokal əlaqələri


Tarix: 8 dekabr, 2016

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


 

Yüklənir