Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: NƏFİS OBYEKTLƏR AİSEL İLƏ CANLI MUSİQİ AXŞAMI

24 Noy 16

YARAT Müasir İncəsənət Məkanı AİSELin ifasında Nəfis Obyektlər adlı canlı musiqi axşamını təqdim edir. 


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil etmişdir. 

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Nəfis obyektlər – gender problemləri ilə bağlı dialoqa dəvət edən performanslar silsiləsidir. Bu layihə, qadının müasir cəmiyyətdə roluna ünvanlanır. Bu kurator layihəsi, kişilər və qadınlar arasında münasibətləri formalaşdıran əzəli və çağdaş vəziyyətləri araşdırır. Sözügedən layihə gender münasibətləri haqqında fundamental sualları qaldırır, insan təbiəti haqqında fəlsəfi  ehtimalları təhlil edir və daha geniş bərabərliyi və qarşılıqlı anlaşmanı bir araya gətirən yeni sosial təcrübələrin mümkünlüyünü nəzərdən keçirir.

Gender bərabərliyi məsələsi bir sıra qadın ifaçılar tərəfindən qabardılır və dəstəklənir.


№1  

Layihənin ilk qonağı Azərbaycanlı pianoçu, bəstəkarı və vokalisti Aysel Məmmədovadır.  Aysel "Xəzər Caz və Blyuz Festivalı" , "Bakı Beynəlxalq Caz Festivalı ", "MuzEnergo Musiqi İmprovizasiya Festivalı" , "Monrto Caz Festivalı " (Emil İbrahimin qrupu ilə birgə), "Qafqaz Caz Festivalı"  kimi bir sıra musiqi festivallarının iştirakçısıdır.

Aysel, gənc musiqiçilər ilə birgə səhnədə bir sıra yeni və retro mahnıları ifa etməklə, bizimlə öz musiqi təcrübəsini bölüşəcək.


Piano,vokal – Aysel Məmmədova

Bas – Niyaz Ibrahimov

Zərb – Ramiz Sevdimaliyev

Skripka – Orxan Cumayev

Truba – Firuddin Həmidov

Beatmaker – Elçin Kərimli


Tarix: 24 noyabr, 2016

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir