Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: HUMAN FOUNDATION PRESENTS #YOUCAN PROJECT WITH AYNUR MAMMADOVA

03 Noy 16

YARAT Müasir İncəsənət Məkanı sizi 3 noyabr, 19:00-da #YOUCAN Layihihəsi çərçivəsində HUMAN Fondunun dəstəyi ilə – Aynur Məmmədovanın bütün çətinliklərə baxmayaraq, necə uğur əldə etdiyini dinləməyə dəvət edirik


HUMAN Foundation - milliyyət, din və irqindən asılı olmayaraq insan birliyidir. Bu fondda hər kəs bilik, bacarıq, xeyirxahlıq, dəstək və sevgini sonsuz bölüşür. Hər birimiz fərqliyik, lakin bizi birləşdirən - İNSAN olmağımızdır! YOU CAN layihəsi (#‎youcan) həyatın maneələrinə baxmayaraq, uğur qazanmış fiziki məhdudiyyətli insanların çıxışlarını təşkil edir. Layihənin məqsədi motivasiya və insanların istiqamətləndirilməsidir.

YOU CAN layihəsinin növbəti 4-cü iştirakçısı – Aynur Məmmədovadır. O, anadangəlmə sağ əlinin dirsəkdən aşağı olmaması ilə doğulub. Yeni həyatı: parataekvondo yarışları üzrə 3 qat Dünya, 2 qat Avropa çempionudur. Atıcılıq növləri üzrə  Respublika çempionu, Soçidə keçirilən Dünya  Oyunlarının və Türkiyədə keçirilən Dünya çempionatının qalibidir. Hal-hazırda  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olmaqla yanaşı, həm də Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır. O, həmçinin “Fiziki məhdudiyyətli şəxslərin idmana inteqrasiya”  İctimai Birliyinin təsisçisidir.


Tədbir YARAT Freestyle layihəsi çərmivəsində təşkil olunmuşdur. Çoxsimalı auditoriya ilə yaradıcılıq ünsiyyəti qurmaq həvəsində olan hər kəs üçün YARAT FreeStyle adlı açıq platforma təşkil etmişdir.

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Tarix: 3 noyabr 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


Əlavə məlumat üçün: +994 51 622 77 27, info@hmnfund.org


FACEBOOK

Yüklənir