Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: ÜRƏYİVƏ SAL ALBİNA VƏ İSLAM EKSPERİMENTAL DUETİN ELEKTRON MUSİQİ LAYİHƏSİ

28 Okt 16

YARAT Müasir İncəsənət Məkanı oktyabrın 28-i ilk dəfə “ÜRƏYİVƏ SAL” adlı musiqi elektron layihə ilə ALBİNA & İSLAM eksperimental dueti təqdim edir. Gənc musiqiçilərin qarşılarına qoyduğu başlıca məqsəd, XX və XXI əsrlərin kəsişməsində yerləşən Azərbaycan musiqi irsini yenidən mənalandırmaqdır. Layihənin missiyası müasir elektron işləmələr vasitəsilə Azərbaycan məşhur mahnılarının populyarlığını qaytarmaq, tanış melodiyaları yeni işlənmələrdə nümayiş etdirmək, onlara dinləyicilərin qəlbini fəth etməyə imkan verməkdir.


Albina: Bizim musiqi, Azərbaycanın musiqi keçmişi həmişə mənə maraqlı olub. Bu mənim üçün doğma, gözəl və zəngindir. Mən bir ilə yaxındır ki, Azərbaycan estrada mahnılarının akustik kaver (məşhur mahnıların yeni müəllif kompozisiyası) versiyaları üzərində işləyirəm, amma hansısa məqamda kaverlər və akustik janr "azlıq" etməyə başladı və biz İslamla bu layihəni fikirləşdik. Çünki elektron musiqi, aktual mədəniyyətin, müasir musiqi səhnəsinin ayrılmaz hissəsidir. Onun köməyi ilə Azərbaycan estrada mahnılarına ikinci həyat vermək mümkündür və biz, hal-hazırda bu işlə məşğuluq.


Islam: Azərbaycanın rəsmi, hamı tərəfindən qəbul edilmiş musiqi irsindən savayı, elə mahnılar var ki, onlardan "utanırlar". Onlarla fəxr etmək olmur. Bu mahnılar musiqi baxımında çox maraqlı dövr olan XXI əsrin ilk illərinin pop-mahnılarıdır. Onlardan başqa, məni muğam və meyxana da cəlb edir. Bizim musiqi - yaradıcılıq üçün nəhəng meydandır. İndi öz musiqi baqajımız ilə eksperimentlər etmək çox maraqlıdır. Mən ona layiq olduğu yeni nəfəsi bəxş etmək istəyirəm. Eksperimentlərdə qorxmaq lazım deyil. Bizim trek siyahımızda Rəşid Behbudov Aygün Kazımova ilə eyni sırada dayanıb və hər iki mahnı mənim üçün dəyərlidir.


Tarix: 28 oktyabr, 2016

Saat: 20.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir