Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: MOSKVA TRIKSTER TEATRININ TAMAŞASI ƏSL İNSAN HAQQINDA ROBOTLARIN NAĞILLARI

24 Sen 16

YARAT Müasir İncəsənət Məkanı "Əsl insan haqqında robotların nağılları" adlı Moskva Trikster Teatrının tamaşasını təqdim edir. Tədbir 'YARAT Freestyle' və 'Баку детям' layihələri çərçivələrində təşkil olunur. 


“Trikster teatrı” (Moskva)  -  iki dəfə “Qızıl maska” mükafatının laureatları, Vyaçeslav İqnatov və Mariya Litvinov tərəfindən 12 il bundan əvvəl təsis edilib.


O, sevgiyə görə insan oldu. Bəs sən nə etməyə hazırsan?

Yazıçı-fantast Stanislav Lemin əsərlərinin motivləri əsasında hazırlanmış, robotlar və insanlar haqqında hekayə. Tamaşanın müəllifləri, Maşa Litvinov və Slava İqnatov, kalkulyatorlar, saat mexanizmləri və digər cihazların dişli çarxları və boltlarından miniatür mexaniki vertep (tamaşalar göstərmək üçün içində kuklalar olan qutu)   hazırlayıblar və burada, sevimli robotlar uşaqlara insanlar haqqında nağıllar danışırlar.

Stanislav Lem insanların yerinin robotlar tərəfindən tutulduğu, orta əsrlərə aid xəyali bəşəriyyəti təsvir edir. Bu nağıllarda, bəşər övladı insan, qalaktikalararası məkanda öz əfsanəvi planetlərində yaşayan, son dərəcə gözəl və mükəmməl robotlar irqinə qarşı qoyulan, əcaib və təhlükəli bir varlıq kimi təsəvvür olunur.

Kuklalar, dekorasiyalar və kostyumların bədii həlli stimpank üslubunda hazırlanıb.


Tarix: 31 Avqust, 2016

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanı yaxınlığında

Əlaqə telefonu: +99412 505 1414

Yerlər məhdud olduğundan giriş dəvətnamə ilədir. Dəvətnamələri öncədən YARAT Mərkəzindən pulsuz götürə bilərsiniz.


 

Yüklənir