Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: TANGO PERFORMANCE BY MAJO MARTIRENA RODRIGO FONTI / FIRST TIME IN BAKU!!!

02 Sen 16

YARAT Müasir İncəsənət Məkanı Maxo Martirena və Rodriqo Fontinin iştirakı ilə tanqo gecəsinə dəvət edir. Tədbir YARAT Freestyle layihəsi çərçivəsində Bakıda təzə açılmış 'Bakı Tanqo On' məktəbinin təşkili ilə təqdim olunur. 


Təxminən bir il bundan əvvəl, Maxo Martirena (Uruqvay) və Rodriqo Fonti (Argentina) yeni yaradıcılıq səyahətinə çıxıblar. Bu səyahətdə onlar müxtəlif obrazları, onların canlandırılması yollarını davamlı şəkildə araşdırır, hər bir məqamı səmimiyyət və təravətlə dolu olan yeni rəqsləri axtarırlar.


“Biz, böyük sevgi ilə sizə tanqonun və tərəfdaşınızla “əlaqə qurmağın” bütün incəliklərini göstərməyə, tanqoda hiss etdiyimiz qeyri-adi və möcüzəli anları yaşatmağa çalışırıq. Bu anlar bizi rəqs etməyə sövqləndirir.”


Maxo Martirena ilk dəfə 16 yaşında, vətəni Uruqvayda rəqs etməyə başlayıb. Bir neçə ildən sonra, Dana Friqolinin dəvəti ilə o, “DNI Tango” məktəbinə (http://dni-tango.com/?lang=en) gəlib və müəllimlər heyətinin bir üzvünə çevrilib. Burada o, DNI şirkətinin müəllimlər və rəqqaslar heyəti ilə birgə 5 il çalışıb və şirkətin tərkibində Argentinanın ən tanınmış teatr səhnələrində və milonqalarında (rəqs axşamı anlamında, həm də Cənubi Amerika rəqsi) saysız-hesabsız şou və proqramlarda iştirak edib. Maxo həmçinin “La Viruta” məktəbində (http://lavirutatango.com/english_version/) işləyib və tanınmış maestro Orasio “Pebete” Qodoy ilə birgə müəllimlik edib. Ötən il, Maxo öz yeni tərəfdaşı, Rodriqo Fonti ilə yeni layihə üzərində işləməyə başlayıb.


Rodriqo Fonti – gənc, kreativ, çılğın və ehtiraslı tanqo rəqqası Rodriqo Fonti Argentinanın cənubunda anadan olub. Rodriqonun tanqo duyğusu, Buenos-Ayresin milonqalarında (rəqs axşamı) müasir milongero (tanqo rəqqası) ruhu ilə çıxışları, kontemporari (özündə müxtəlif texnika və növləri birləşdirən müasir rəqs) üslubunu yüksək səviyyədə dərk etməsi - bütün bunlar onun rəqs üslubuna təravət, sürət və dərin məna bəxş edir. Öz işinin vurğunu olan Rodriqo, dünyanın bir çox şəhərlərində keçirilən tanqo festivallarında rəqqas kimi çıxış etməklə yanaşı, peşəkar tanqo dərslərinin tədrisi ilə də məşğul olur. Bundan əlavə, Rodriqo “Kambras” və “No Bailaras” teatral tanqo şirkətlərinin daimi iştirakçılarından birinə çevrilib. Öz rəqslərində unikal tanqo dilini və hərəkət sənətini dərindən araşdırmaqla, Rodriqo ənənəvi və müasir tanqonun harmonik qarışığını üzə çıxarmağa müvəffəq olmuşdur. 


https://www.facebook.com/tangoon.baku/


Tarix: 2 sentyabr, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


 

Yüklənir