Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: ÇƏRÇİVƏDƏN KƏNAR – 2 NÖQTƏLİ PERSPEKTİV BEYONDTHESCOPE

26 Avq 16

YARAT Müasir İncəsənət Məkanı Yarat Freestyle layihəsi çərçivəsində Emin Mathers və Orxan Məmməd (Origraphy) iştirakı ilə BeyondtheScope - 2 nöqtəli perspektiv layihəsininin təqdimatına dəvət edir.


Musiqi – vibrasiya qanunlarından istifadə edərək, hər şeyin mərkəzində dayanan elementi eşidilə bilən şəkildə aşkara çıxarır. Fizika və riyaziyyatdan istifadə edərək, musiqi, dinləyicinin emosional reaksiyasını üzə çıxarır, gerçəkliyimiz qəfildən bəşəriyyətin qeyri-vizual ahəng qanununa çevrilir, musiqi notları və intervalları birbaşa çakra mərkəzləri ilə ünsiyyət qurur və səsgücləndiricilər səs dalğalarını havada yayarkən hansısa telin və ya səs bağlarının vibrasiyası ilə həmahəng titrəməyə başlayır... Texno musiqinin quruluşu son dərəcə valehedici və cazibədardır.


Layihə haqqında:

Səslərin beyin tərəfindən fiziki emalı, ətraf aləmi öyrəndikcə, beynin strukturunda müəyyən izlər qoyur. Nəticə etibarilə, bəşəriyyət və qanunlar, habelə strukturların platonik hökmranlığı qəbul edilir. Amma, təbii qanunlar və onlarla şərtləndirilən mühit sanki təfəkkürü formalaşdırır və özündə saxlayır; son olaraq, təfəkkür onların hamısını özündə cəmləşdirir. Kimyəvi proseslər, artan və yox olan, daşan və buxarlanan, əriyən və təkrar kristallaşan elementlərin sonsuz rəqsini ifa edir və bütün bunlar səs və təsvirin mükəmməl sinxronizasiyalı sintezini yaradır.


Biz kimik?

Biz həyatsevər, yeni sənət yollarının araşdırılmasından zövq alan, çoxprofilli sənət insanlarıyıq. Bizim yaradıcılığımız – həyat və ətraf aləm haqqında təsəvvürümüzü interpretasiya etməkdən ibarətdir. Vizual tamaşa effektləri bizə öz musiqi anlayışımızı ifadə etməyə və tamaşaçılar ilə əlahiddə əlaqələr qurmağa kömək edir.


İştirakçılar: Emin Mathers və Orxan Məmməd (Origraphy)                     

Musiqi: Corc Effe

Kreativ yazmaları: Leyla Axundova


www.beyondthescope.com 


Tarix: 26 avqust, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir