Aprel 2024

FREESTYLE: DƏDƏBABA QRUPU

10 İyn 16

3 musiqiçidən ibarət DədəBaba qrupu rok, rok-n-rol, reqqi, ska, pank musiqi cərəyanlarını və Azərbaycan xalq musiqisini birləşdirərək, yeni cərəyan aşıq-pank yaradıblar. Qrupun mahnıları sosial mövzulara toxunan kədərli sözlərə bəstələnmiş şən musiqidən ibarətdir. Konsertdə iştirak edin və böyük ehtimalla hər biriniz bu mahnıların hər hansı birində, az da olsa, özünüzün bir zərrəsini tapacaqsınız.

 

NƏ VAXT: 10 İyun, saat 19:00-da

HARADA: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə, çoxtəyinatlı zal            

Ünvan: Bakı, Səbail r-nu, Bayıl qəsəbəsi (Dövlət Bayrağı Meydanın yaxınlığı)
Əlaqə telefonu: +99412 505 1414

GİRİŞ SƏRBƏSTDİR +16

YARAT-a 5, 6 və 88 saylı avtobus marşrutları ilə gəlmək olar, “Səbail meydanı” dayanacağı.


FACEBOOK

Yüklənir